Citrus.az

Citrus.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Citrus.az, Graphic designer, 6, Mirza Shafi, "Icherisheher", Baku.

Aroma Collection
08/06/2016

Aroma Collection

GapMedia üçün Qrafik Bannerlər
15/01/2016

GapMedia üçün Qrafik Bannerlər

OUR CLIENTS
08/01/2016

OUR CLIENTS

qplex (http://citrus.az/frontend/web/projects/12)Sistemin İmkanları:-  Müştərinin göstərilən xidmətlə bağlı rəy saxlamaq...
08/01/2016

qplex (http://citrus.az/frontend/web/projects/12)

Sistemin İmkanları:

- Müştərinin göstərilən xidmətlə bağlı rəy saxlamaq imkanı;
- Şəxsi məlumatları daxil etməklə növbəyə yazılmaq imkanı;
- Internet vasitəsilə öncədən növbəyə yazılmaq imkanı;
- Video çarxları və ya hərəkətli sətrlərləri əsas tabloda eyni anda görüntüləmək imkanı;
- Operatorların müştərini çağırma, imtina və yönləndirmə funksiyalı intuitiv və rahat idarəetmə pultu;
- Mövcud ardıcıllığı saxlamaq şərtilə, müştərini yüksək prioritetlə digər operatora yönləndirmək imkanı;
- Digər operatora yönləndirmə zamanı, müştəri haqda hər hansı xüsusi qeydlər saxlamaq imkanı;
- Müştərini, müəyyən satusla yenidən növbəyə qaytarmaq imkanı;
- Adminstralorla operator arasında ismarıc mübadiləsi funksiyası;
- Səlahiyyətlər verildiyi halda, xidmət prioritetlərinin operator tərəfindən sərbəst şəkildə idarə olunması;
- Administrator tərəfindən istənilən müştərinin prioritetini dəyişmək imkanı;
- Növbədə sıxlıq olduğu zaman, sistemin fəaliyyətini dayandırmadan xidmət prioritetlərini dəyişmək imkanı;

Tətbiq Sahələri:

▪ bankların əməliyyat zalları
▪ sığorta şirkətlərinin ödəniş mərkəzləri
▪ mobil operatorların müştəri xidməti mərkəzləri
▪ mobil və stasionar telefon operatorları
▪ qeydiyyat və vergi xidmətləri
▪ pensiya fondlari
▪ səhiyyə müəsisələri
▪ turizm şirkətləri
▪ avtosalonlar və avto-servizlər
▪ notariat və hüquq müəsisələri
▪ səfirlik və konsulluq idarələri
▪ aviya və dəmir yolu kassaları
▪ dövlət müəsisələri

Hesabatlar:

- Xidmətlərlə bağlı cari vəziyyət haqqında hesabat;
- Operatorlarla bağlı cari vəziyyət haqqında hesabat;
- Xidmətlərlə bağlı müəyyən dövr üçün statistik hesabat;
- Operatorlarla bağlı müəyyən dövr üçün statistik hesabat;
- Müştərilərə göstərilən xidmət növünə uyğun dövrü hesabat;
- Gün ərzində növbənin sıxlığına dair hesabat;
- Xidmət növünə uyğun olaraq gün ərzində növbənin sıxlığına dair hesabat;
- Operatorların gün ərzində göstərdiyi xidmətlərlə bağlı hesabat;
- Müştərilənin gün ərzində orta hesabla növbədə gözləmə müddəti ilə bağlı hesabat;
- Müştərilərin gün ərzində orta hesabla xidmət növünə görə növbədə gözləmə müddəti ilə bağlı hesabat;
- Operatorların gün ərzində orta hesabla gözləmə müddəti ilə bağlı hesabat;
- Müştərilərin rəyləri ilə bağlı dövrü statistik hesabat;
- Müştərilərin fəayallığı ilə bağlı dövrü statistik hesabat;
- Öncədən növbəyə yazılmış müştərilərilərlə bağlı tarix və xidmət növü üzrə hesabat;
- Səlahiyyət verilmiş istifadəçilər (operatorlar) haqda dövrü hesabat;
- Səlahiyyət verilmiş istifadəçilər haqda xidmətlər üzrə dövrü hesabat;

Həmçinin xüsusilə qeyd etmək lazimdır ki, müştərinin istəyindən aslı olaraq, iş günün sonu (növbəyə qeydiyyat başa çatdıqdan otuz dəqidə sonra) hər hansı email ünvana "Növbənin sıxlığı haqqında" avtomatik hesabat göndərmək mümkündür. (göndərilən hesabat məktuba əlavə olaraq PDF formatında olacaqdır).

Elektron Növbə Sisteminin tətbiqi, fəaliyyəti bir başa olaraq kütləvi sayda müştərilərə xidmət göstərilməsi ilə bağlı olan şirkətlər üçün hər zaman aktualdır.

Elektron Növbə Sistemi “Q-Plex” — kütləvi ziyarətçi axınının optimal idarə olunması üçün nəzərdə tutulan avadanlıq və proqram təminatından ibarət vahid kompleksdir.

“Q-Plex” göstərilən xidmətin keyfiyyətini nəzərə çarpacaq qədər artırır.


Sistemin işləmə prinsipi olduqca sadədir – Müştəri əməliyyat zalına daxil olaraq ilk öncə bilet köşkünə yaxınlaşıb ekranda ona lazım olan xidmət növünü seçib, müvafiq düyməyə toxunmaqla bilet əldə edir. Daha sonra isə gözləmə zalına keçib öz növbəsini gözləyir. Operator növbədə gözləyən müştərini avadanlığın və ya proqram təminatının müvafıq düyməsinə toxunaraq xidmətə dəvət edir. Dəvət olunan müştərinin bilet nömrəsi və xidmət göstərəcək operatorun masa nömrəsi səsli müşayətlə əsas tabloda görüntülənir.

Xidmət başa çatdıqdan sonra, operator eyni qaydada növbəti müştərini xidmətə dəvət edir.

Graphic Design / Reklam lövhesi / PUB EE
07/01/2016

Graphic Design / Reklam lövhesi / PUB EE

http://citrus.az/frontend/web/projects/11E-ticket - Elektron Bilet Sistemi1. Elektron Bilet Sistemi Nədir?Elektron Bilet...
07/01/2016

http://citrus.az/frontend/web/projects/11

E-ticket - Elektron Bilet Sistemi

1. Elektron Bilet Sistemi Nədir?

Elektron Bilet Sistemi (E-ticket) — biletin yaradılması, biletin satışı və biletin yoxlanılması kimi bütün mərhələləri özündə birləşdirən universal həlldir.



2. Elektron Bilet Sisteminin funksional təsviri

a. Bilet satışının Kassadan və eyni zamanda internet üzərindən onlayn təşkil edilməsi.

b. Bilet satışı ilə bağlı müxtəlif hesabatların real vaxt rejimində onlayn izlənilməsi.

c. Satılmış biletlərin tədbirə giriş zamanı rahat və təhlükəsiz qaydada yoxlanılması.


3. Elektron Bilet Sisteminin Strukturu
4. Biletin Yaradılması

Tələb olunan məlumatlar (biletin sayı və qiyməti, yerlərin əlavə olunması, satıcıların təyin olunması və sair) daxil edildikdən sonra bilet sistemdə avtomatik olaraq yaradılır.


5. Biletin Satışı

Bilet Satışını, eyni zamanda müxtəlif kanallar (Kassa, İnternet Səhifə, Mobil Tətbiqetmə, Promo Səhifə, Kiosk və həmçinin Facebook sosial şəbəkə) vasitəsilə etmək mümkündür.


6. Biletin Yoxlanılması

Desktop skaner - Veb kamera ilə təçhiz olunmuş istənilən kömpüter vasitəsilə bileti yoxlamaq mümkündür.

Əl skaneri - WiFi və ya GSM şəbəkəyə qoşulmaqla mobil əl skaneri ilə bileti yoxlamaq mümkündür.

Mobil skaner - iOS və ya Android platfomasını dəstəkləyən istənilən mobil telefon ilə bileti yoxlamaq mümkündür.

Turniketlə qiriş - Məkana girişdə quraşdırılmış turniket vasitəsilə bileti avtomatik olaraq yoxlamaq mümkündür.


7. Müxtəlif Hesabatlar

Satıcılara görə - Bütün satıcıların hər birinin individual satışlarını özündə əks etdirir.

Satış kanallarına görə - Bütün satış kanalları üzrə olan satışları ayrı-ayrılıqda özündə əks etdirir.

Tarix aralığına görə - Hər hansı tarix və ya tarix aralığı üzrə olan satışları özündə əks etdirir.

Ödəniş növünə görə - Bütün ödəniş növləri (nəğd, kart, köçürmə) üzrə olan satışları özündə əks etdirir.

http://citrus.az/frontend/web/projects/10HOSTİNQ NEDİR?Hostinq - serverdə sifarişçi üçün seçilmiş fiziki həcmin aylıq ic...
07/01/2016

http://citrus.az/frontend/web/projects/10

HOSTİNQ NEDİR?

Hostinq - serverdə sifarişçi üçün seçilmiş fiziki həcmin aylıq icarə xidmətidir. Hostinq müxtəlif məqsədlər üçün istifadə oluna bilər:

Veb Səhifənin yerləşdirilməsi üçün;
Elektron ünvanların saxlanılması üçün;
Sifarişçi tərəfindən istənilən növ məlumat bazalarının saxlanılması üçün;
DNS serverlərinin yönləndirilməsi üçün;
istifadə oluna bilər.

Hostinq xidmətlərimizin üstünlükləri:



1. Müştərilərimizin hostinq faylları həftəlik olaraq, local serverə sürəti (backup) çıxarılır.

2. Elektron ünvanların sayı seçilmiş paketdən asılı olmayaraq, limitsiz təqdim olunur.

3. Minimal hostinq paketlərimiz 500MB həcmindən başlayır.

4. Seçilmiş hostinq paketindən asılı olmayaraq, Subdomain-lərin sayı limitsizdir.



Ən əsası:

Citrus agentliyində mütəxəssislərimiz tərəfindən hazırlanmış veb səhifələr üçün 1 illik hostinq xidməti hədiyyə olunur.

Graphic Design / E-Ticket - Electronic Tickecting System
06/01/2016

Graphic Design / E-Ticket - Electronic Tickecting System

Address

6, Mirza Shafi, "Icherisheher"
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Citrus.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Citrus.az:

Share