Şəxsə məxsus Alış-veriş Saytı (Private Shopping), sadəcə öz üzvlərinə xüsusi üstünlüklərin təqdim edildiyi qapalı dövriyyəli bir alış-veriş sistemidir. Prestijli markalara aid xüsusi kampaniyalar məhdud miqdarda və 3-4 gün müddətlə satışa çıxarılır. VipBrands xüsusi alış-veriş klubu; geyimdən dekorasiyaya, aksessuardan kosmetikaya, elektronik əşyadan oyuncağa, tekstildən küçük ev alətlərinə qədər
bir-birindən fərqli bir çox sayda əşya qrupunu tərkibində birləşdirir. Seçmə markaların razılaşdırılmiş məhsullarını vitrininə daşıyır və yalnız klub üzvlərinə xüsusi avantajlarla təqdim edir. VipBrands-da var olan hər bir məhsul mütləq sürətdə bazar qiymətlərindən çox ucuz satışa təqdim edilir. Bu alış-veriş kefini yaşamaq və bu elit kluba daxil olmaq istəyənlər ya sayta bir klub üzvü tərəfindən dəvət edilir, ya da VipBrands üzərindən üzv olma prosesini həyata keçirir. Üstəlik hər hansı bir üzvlük ödənişi də yoxdur. Eyni zamanda, VipBrands-dakı hər məhsul endirimləri ilə qazanc verir. Dünya markalarının cəlbedici məhsulları, xüsusi üstünlükləri, 80%-ə çatan endirimləri ya da fərq yaradan kampaniyalarıyla əlaqədar e-bülten ilə məlumatlandırılan üzvlər, davamlı təşkil edilən kampaniyalar və fürsətlərlə tanış olur . Beləliklə, VipBrands-da baş verən hər yenilik ilk sizə çatır! Siz də bu elit alış-veriş klubuna üzv olduğunuzda inanılmaz güzəştləri və qaçırılmayacaq fürsətləri əldə edə bilərsiniz. Gözəl Alış-verişlər,
VipBrands Qrupu