06/06/2023
Bu gün nakam şairimiz Mikayıl Müşfiqin anadan olmasından 115 il keçir. Ayna Sultanova xatirələrində yazırdı ki, M.Müşfiq həbs olunmamışdan 2-3 ay öncə yanına çağıraraq ona Hüseyn Cavid əleyhinə yazı yazmağı təklif etmişdi. A.Sultanova bildirirdi ki, artıq H.Cavidi itirirlər, M.Müşfiqi də həbs edəcəklər və ona H.Cavid əleyhinə bir-iki yazı yazaraq repressiyadan canını qurtarmağı təklif edir. Bu zaman Mikayıl Müşfiq Ayna Sultanovaya belə cavab verir:
- Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram...
Allah rəhmət eləsin!