01/06/2026
Ultra Technologies nümayəndələri Las Veqasda keçirilən Dell Technologies World 2026 tədbirində iştirak etdilər.
Tədbir qlobal texnologiya liderlərini, innovatorları və tərəfdaşları bir araya gətirərək süni intellekt, rəqəmsal transformasiya, kibertəhlükəsizlik və gələcəyin IT infrastrukturu üzrə ən son trendləri müzakirə etmək üçün unikal platforma rolunu oynadı.
Konfrans çərçivəsində Dell Technologies-in təsisçisi və CEO-su Michael Dell və NVIDIA-nın təsisçisi və CEO-su Jensen Huang kimi sənaye liderlərinin çıxışları xüsusi diqqət mərkəzində idi. Onlar AI ekosisteminin inkişafı, Agentic AI həlləri və bizneslərdə innovasiyanın sürətləndirilməsi barədə öz strateji baxışlarını bölüşdülər.
Tədbirdə həmçinin gələcəyin computing istiqamətləri kimi quantum computing mövzusu da və AI ilə birlikdə növbəti texnoloji mərhələnin formalaşmasında potensial rolu müzakirə olunan əsas istiqamətlərdən biri oldu.
Ultra Technologies komandası tədbir boyunca yeni texnoloji yanaşmalarla tanış oldu, beynəlxalq təcrübə mübadiləsi apardı və gələcək layihələr üçün dəyərli insight-lar əldə etdi.
Gələcəyin texnologiyalarını yaxından izləməyə və innovasiyanın bir parçası olmağa davam edirik!