Azerconnect Group

Azerconnect Group Azerconnect Group is a company that provides services in the dynamically developing ICT and high technologies fields of Azerbaijan.

Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibətilə media nümayəndələrini ürəkdən təbrik edir, fəaliyyətlə...
22/07/2026

Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibətilə media nümayəndələrini ürəkdən təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

TƏBİB və Azerconnect Group arasında vətəndaşlara göstərilən tibbi xidmətlərin operativliyinin artırılması və müasir texn...
13/07/2026

TƏBİB və Azerconnect Group arasında vətəndaşlara göstərilən tibbi xidmətlərin operativliyinin artırılması və müasir texnoloji həllərin tətbiqi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanmış müqaviləyə əsasən "103" Çağrı Mərkəzinin texnoloji imkanlarının genişləndirilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt əsaslı təkmilləşdirilmiş naviqasiya həllərinin tətbiqi baş tutacaq.

Tərəfdaşlıq çərçivəsində vətəndaş çağırışlarının yerinin məkan üzrə daha dəqiq müəyyən edilməsi, təcili tibbi yardım briqadalarının hərəkətinin optimallaşdırılması və hadisə yerinə çatma müddətinin daha effektiv idarə olunmasına imkan yaradan texnoloji həllərin icrası planlaşdırılır.

Ətraflı: https://lnkd.in/dFBCRiKR

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ordumuzu ürəkdən təbrik edir, Vətənimizin keşiyində dayanan bütün ...
25/06/2026

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ordumuzu ürəkdən təbrik edir, Vətənimizin keşiyində dayanan bütün hərbçilərimizə şərəfli xidmətlərində uğurlar arzulayırıq!

Ölkəmizin taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbri...
15/06/2026

Ölkəmizin taleyində mühüm dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edirik!

Azerconnect Group və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imz...
12/06/2026

Azerconnect Group və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azerconnect Group-un baş direktoru Emil Məsimov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud imzalayıb.

Tərəfdaşlıq çərçivəsində Azerconnect Group təqdim etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həllər vasitəsilə qoruğun rəqəmsal transformasiyasına dəstək göstərəcək.

Ətraflı: https://lnkd.in/eySSwyfd

Azerconnect Group NVIDIA-nın ofisində süni intellekt və rəqəmsal xidmətlərin inkişafına dair tədbirdə iştirak edib. Tədb...
10/06/2026

Azerconnect Group NVIDIA-nın ofisində süni intellekt və rəqəmsal xidmətlərin inkişafına dair tədbirdə iştirak edib. Tədbir İKT sahəsində dünyanın aparıcı şirkətlərinin nümayəndələrini, ekspertləri və regional tərəfdaşları bir araya gətirib.

Azerconnect Group-un baş direktorunun mobil biznes üzrə müavini Müşfiq Əliyev və şirkətin süni intellekt və transformasiya üzrə direktoru Səid Cəfərli tədbir çərçivəsində ağıllı şəbəkələr, süni intellekt fabriki və süni intellekt əsaslı 6G infrastrukturu sahəsində NVIDIA-nın texnoloji həllərinə həsr olunan müzakirələrə qatılıblar.

Qeyd edək ki, cari ilin aprel ayında Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Azerconnect Group MDB regionunda ilk dəfə süni intellekt əsaslı yeni nəsil radio şəbəkələrinin inkişafı üzrə alyansa – A...
04/06/2026

Azerconnect Group MDB regionunda ilk dəfə süni intellekt əsaslı yeni nəsil radio şəbəkələrinin inkişafı üzrə alyansa – AI RAN Alyansına qoşulub.

Alyansa qoşulmaqla Azerconnect Group süni intellekt əsaslı mobil şəbəkə sahəsində qlobal və qabaqcıl texnologiyalara çıxış imkanlarını daha da genişləndirəcək. NVIDIA-nın GPU (Qrafik Prosessor Modulu) əsaslı radio emalı və süni intellekt dəstəkli RAN alqoritmləri kimi innovativ həllərin tətbiqi şəbəkə dayanıqlılığının və spektr səmərəliliyinin artırılmasına töhfə verəcək.

Daha ətraflı: https://lnkd.in/eCM26fYP

Azadlıq, milli birlik və qürur rəmzi olan 28 May - Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik. Müstəq...
27/05/2026

Azadlıq, milli birlik və qürur rəmzi olan 28 May - Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik. Müstəqillik Günümüz Mübarək!

Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik. Sizə və yaxınlarınıza xoşbəxtlik, sağlam...
26/05/2026

Müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik. Sizə və yaxınlarınıza xoşbəxtlik, sağlamlıq və ruzi-bərəkət arzulayırıq. Allah etdiyiniz duaları qəbul etsin!

Bu gün xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu Öndəri dərin hörmət ...
09/05/2026

Bu gün xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu Öndəri dərin hörmət və ehtiramla anırıq.

Address

8 Noyabr Prospekti 113
Baku
AZ1025

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994123101313

Alerts

Be the first to know and let us send you an email when Azerconnect Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azerconnect Group:

Shortcuts

Share