17/06/2026
Tələbəmiz dünyanın 10 nüfuzlu universitetinə qəbul olub❗️
Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Elmir Hacızadə ABŞ və Avropanın nüfuzlu 10 universitetindən qəbul alıb.
BANM tələbəsinin qəbul aldığı universitetlər aşağıdakılardır:
✅Karneqi Mellon Universitetinin İnformasiya təhlükəsizliyi və İnformasiya təhlükəsizliyi siyasəti və Menecment proqramları
✅London İmperial Kollecinin Təhlükəsizlik və davamlılıq: elm və texnologiya proqramı
✅Kolumbiya Universitetinin Süni İntellekt proqramı
✅Çikaqo Universitetinin İctimai siyasət proqramı
✅Bristol və Birmingem Universitetlərinin
Kibertəhlükəsizlik proqramları
✅Stokholm Universitetinin İnformasiya təhlükəsizliyi proqramı
✅KU Leuven, Münster Universiteti və Tallinn Texnologiya Universitetinin birgə həyata keçirdiyi Dövlət sektorunda innovasiya və Elektron hökumət proqramı
✅ Elmir Bakı Ali Neft Məktəbinə 656 balla qəbul olub.
✅ bp və "Prosol" şirkətlərinin təşkil etdiyi kibertəhlükəsizlik təqaüdünün qalibi olub.
✅ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təqaüdünə layiq görülüb.
✅ Beynəlxalq Astronavtika Konqresində kiberinsidentlərin idarə olunması mövzusunda elmi iş təqdim etmək üçün iştirak dəvəti alıb.
✅ TEKNOFEST 2025 yarışmasının “Psixologiyada texnologiyanın tətbiqi” kateqoriyasında “Lumio” startap komandasının kapitanı kimi “Ən yaxşı təqdimat mükafatı”nı qazanıb.
✅ "Huawei Seeds for the Future" proqramında Azərbaycanı təmsil edib və kapitanı olduğu “Lumio” komandası ilə “Ən aktiv komanda” mükafatına layiq görülüb.
✅ Almaniyanın Münhen şəhərində keçirilən Beynəlxalq gənclər görüşündə ölkəmizi təmsil edib və “Mannheimer” təqaüdünün dünyada yeganə qalibi seçilib.
✅ “HackTheBox University CTF” yarışmasında Bakı Ali Neft Məktəbini 1128-dən çox komanda arasında 21-ci yerə yüksəldən komandanın üzvü olub.
✅ MIT Siyasət Hakatonunda iştirak edərək uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə yönəlmiş kiber siyasət həlləri təqdim edib.
✅ "NASA Human Exploration Rover Challenge" müsabiqəsində Azərbaycanın və BANM-ın ilk komandasının üzvü olub.
✅ Oxford Universitetinin “Hökumətdə süni intellekt və rəqəmsal transformasiya” sertifikatını əldə edib.
✅ BANM-in BMT Modeli Klubunun əsasını qoyub və universitet tarixində ilk beynəlxalq BMT Modeli simulyasiya konfransını təşkil edib.
✅ "Google” tərəfindən seçilərək BANM-də "Google Developer Student Club"un təsisçilərindən biri olub.
✅ IELTS imtahanından 8.0 nəticə əldə edib.
✅ Tələbəlik illərindən etibarən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində təcrübə keçib.
✅ Hazırda "Cyber On" şirkətində kibertəhlükəsizlik üzrə mütəxəssis kimi çalışır və 2 ilə yaxın peşəkar iş təcrübəsinə malikdir.
Tələbəmizi təbrik edir, daha böyük uğurlar arzulayırıq!