29/09/2021
Statistikalar onu göstərir ki, hazırda potensial müştərilərin əksəriyyəti hər hansı bir məhsulu(xidməti) satın almazdan əvvəl, o məhsul(xidmət) haqqında ətraflı və şəffaf məlumat əldə etmək üçün veb saytları ziyarət edirlər.
Bunu nəzərə alaraq "Niyə veb saytım olmalıdır?" sualına aşağıdakı başlıqlar altında cavab vermək olar:
⚫Etibarlılıq - İşiniz üçün bir veb sayt sahibi olmağınızı labüd edən əsas səbəblərdən biri təşkilatınızın etibarını artırmaqdır. Rəqiblərinizdən fərqli görünməyin bir yolu keyfiyyətli məlumatları şəffaf və gözoxşayan şəkildə istehlakçılarınıza çatdıran bir veb saytın olmasıdır. Veb sayt olmadan insanlar etibarlılığınızı şübhə altına ala bilərlər.
⚫ Marka - Potensial müştərilərinizə kim olduğunuzu, nəyi təmsil etdiyinizi və nəyi müdafiə etdiyinizi əlçatan edərək, müştərilərinizin sizdən satın alma şansını artırırsınız.
⚫ İnternetdə axtarış zamanı saytınızın önə çıxması - SEO üçün optimallaşdırılmış bir veb saytınız olduqda, Google axtarış nəticələrində görünmə şansınız var. Bu o deməkdir ki, insanlar bir məhsul və ya xidmət axtararkən veb saytınızın ilk sıralarda görünmə ehtimalı yüksəkdir. Bu sizə müştəri bazanızı kəskin şəkildə artırmaq imkanı verir.
⚫Vaxtınıza qənaət + Müştəri xidmətləri - Bir çox müəssisə, potensial və ya mövcud müştərilərdən iş yerləri, iş saatları haqqında sadə suallar alır. Zəngə cavab verməsəniz, müştəri narazı qalacaq. Zənglərə cavab vermək isə işçilərinizi işinizin ən vacib hissələrinə yönəlməkdən yayındıra bilər. Bir veb saytı bu zəngləri azalda və daxili məhsuldarlığı artıra bilər. Həmçinin müştəriləriniz də öz növbəsində əlavə vaxt itirmədən veb saytınıza daxil olaraq bu haqda bir çox məlumatı rahatlıqla ala bilər.
İndi siz düşünün, veb saytınız olmadığı üçün bugünədək potensial müştərilərinizin neçə faizini itirdiniz? Bu günün şərtlərinə görə veb saytlar biznes üçün çox vacib hala gəldi. Hələ də bir veb saytınız yoxdursa, bu haqda düşünməyinizi tövsiyyə edirik. Əsas odur işə bir yerdən başlayın.🙂
📱+994 77 329 41 81
📧[email protected]
🌐 webrevolution.az