ARIS

ARIS Automation robotics and intelligence systems

“ARİS” şirkətinin direktoru Ruslan Haqverdiyev Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfi...
24/01/2022

“ARİS” şirkətinin direktoru Ruslan Haqverdiyev Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən təşkil olunan “ ” silsilə tədbirlərinin ikinci görüşündə “Azərbaycanda İoT texnologiyalarının tətbiqinə maneə olan faktorlar" mövzusunda çıxış edəcək.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən təşkil olunan “ ” silsilə tədbirlərinin ikinci görüşü 25 yanvar 2022-ci il tarixində baş tutacaqdır.
Tədbirin saatı: 17:00-18:00
Auditoriya: Əşyaların İnterneti və Dördüncü Sənaye İnqilabı texnologiyalarında maraqlı olan şəxslər
Tədbirin qonağı: Ruslan Haqverdiyev ARIS şirkətinin direktoru
Tədbirin gündəliyi:
17:00 - 17:10 Rəşid Əliyev: Açılış nitqi və spikerin təqdim olunması
17:10 - 17:40 Ruslan Haqverdiyev: “Azərbaycanda İoT texnologiyalarının tətbiqinə maneə olan faktorlar" mövzusunda təqdimat
17:40 - 18:00 Açıq müzakirə və Sual & Cavab
Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıdakı keçiddə qeydiyyatdan keçə bilərlər: https://zoom.us/j/96867351067...

Kompüterləri işlətmək və müəyyən tapşırıqları yerinə yetirmək üçün istifadə olunan təlimatlar, məlumatlar və ya proqraml...
29/11/2021

Kompüterləri işlətmək və müəyyən tapşırıqları yerinə yetirmək üçün istifadə olunan təlimatlar, məlumatlar və ya proqramlar proqram təminatının tərkib hissəsidir.

Software kompüterin dəyişkən hissəsi, hardware isə dəyişilməz hissəsi kimi qəbul edilir.

Veb inkişafı, sadə mətndən ibarət sadə bir statik səhifənin hazırlanmasından tutmuş, kompleks veb tətbiqlərinə, elektron işlərə və sosial şəbəkə xidmətlərinə qədər dəyişə bilər.

Əgər evinizdə yüksək keyfiyyətli texnologiya varsa, bu sualın cavabı hər zaman hazırdır: Bizim texnologiyamız var!  :)  ...
26/11/2021

Əgər evinizdə yüksək keyfiyyətli texnologiya varsa, bu sualın cavabı hər zaman hazırdır: Bizim texnologiyamız var! :)

Bəs hansı texnologiya sizi evə daha çox bağlayır?

23/11/2021

Ağıllı telefonlar, ağıllı maşınlar - bunlar artıq köhnə terminlər hesab edilir. İndi artıq evlər də ağıllıdır!

Yeni nəsil ağıllı ev sistemləri, evinizin təhlükəsizliyinə davamlı təqib və xəbərdarlıq sistemləri ilə təminat verir, yanğın, su basması, qaz sızması, oğurluq və uşaq (yaşlı) baxımı kimi bir çox mövzuda sizə ağıllı həllər təklif edir.

Təhlükəsizliklə yanaşı, evinizdəki bütün işıqlandırma, istilik və soyutma sistemlərini uzaqdan idarə etməni təmin edib, pərdə, tv və s. multimedia vasitələri kimi elektriklə işləyən bütün cihazların idarəsini sizə təqdim edirlər. ARIS şirkəti sizə ən yüksək texnologiya ilə təchiz edilən ağıllı ev sistemlərini təqdim edir!

Hər bir biznesin müasir infomasiya texnologiyalarına ehtiyacı var. Bu, şirkətin həm təhlükəsizliyini həm də işinin keyfi...
20/11/2021

Hər bir biznesin müasir infomasiya texnologiyalarına ehtiyacı var. Bu, şirkətin həm təhlükəsizliyini həm də işinin keyfiyyətini artırır. Həmçinin təhlükəsizliyi etibarlı şirkətlərə əmanət etmək mütləqdir.

ARIS istər partnyorlarına, istərsə də müştərilərinə qarşı münasibətdə şəffaflıq, dürüstlük, operativlik, qarşılıqlı məmnunluq kimi strateji dəyərləri rəhbər tutur.

Məhz bu keyfiyyətlər ARIS-in sizin etibarlı tərəfdaşınız olmasını təmin edəcəkdir.

Suni intellektin sürətli inkişafı bəzi insanlarda həyəcana, bəzilərində isə qorxuya səbəb olur. "Robotlar bizi əsir alac...
19/11/2021

Suni intellektin sürətli inkişafı bəzi insanlarda həyəcana, bəzilərində isə qorxuya səbəb olur. "Robotlar bizi əsir alacaq!" deyən insanların da sayı az deyil.

Bəs siz hansı qrupa aidsiniz? Suni intellektin inkişafı parlaq gələcək vəd edir, yoxsa qaranlıq gələcək?

Bu gün Milli Dirçəliş günüdür.Azərbaycan xalqının tək yumruq olaraq ayağa qalxdığı və yenilməz İmperiyanın qarşısında di...
17/11/2021

Bu gün Milli Dirçəliş günüdür.

Azərbaycan xalqının tək yumruq olaraq ayağa qalxdığı və yenilməz İmperiyanın qarşısında dimdik dayandığı gündür.

Hər bir həmyerlimizi bu gün münasibətilə təbrik edirik!

Müasir dövrdə uzaqlar artıq uzaq deyil. Yetər ki, lazımi avadanlıqlar olsun. Bir şirkət üçün telefon və video konfrans m...
16/11/2021

Müasir dövrdə uzaqlar artıq uzaq deyil. Yetər ki, lazımi avadanlıqlar olsun.

Bir şirkət üçün telefon və video konfrans mühim əhəmiyyət daşıyır. Lakin bu konfransların yüksək keyfiyyətlə təşkil edilməsi daha önəmlidir.

Buna görə də, şirkət bu kimi konfransların təşkil edilməsi üçün yüksək keyfiyyətli avadanlıqlara və şirkətlərə üstünlük verməlidir.

Deməli, bu məqamda söhbət ARIS-dən gedir. Bizimlə əməkdaşlıq edərək, uzaqları yaxın edə, keyfiyyəti isə işinizin əsas hissəsinə çevirə bilərsiniz.

11/11/2021

Proqramlaşdırma dili kompüterin alqoritmi qəbul etməsi üçün istifadə edilir.

Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır.

🔹Proqramlaşdırma dillərinin 3 elementi var.

Birincisi, dilin əlifbasıdır. Həmin dildə istifadə olunan bütün simvollar dilin əlifbasını təşkil edir.

Sintaksis isə əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviri isə semantika adlanır.

Dünyada bir çox proqramlaşdırma dilləri var. Bunlardan ən çox tanınanı, Java Script, ADA, PHP, Pascal, Ruby və s.-dir.

Bayraq bizim sevgimiz, bayraq bizim andımız, zəfərə sancılan sancağımızdır! Üçrəngli bayrağının doğum günü mübarək, Azər...
09/11/2021

Bayraq bizim sevgimiz, bayraq bizim andımız, zəfərə sancılan sancağımızdır! Üçrəngli bayrağının doğum günü mübarək, Azərbaycan!

Bizim Zəfər cəngimiz düşmənin əcəl zəngi oldu! Düşmənə cəsarət dərsi keçən Ordumuza eşq olsun! Ürəyi Vətən eşqi ilə döyü...
08/11/2021

Bizim Zəfər cəngimiz düşmənin əcəl zəngi oldu! Düşmənə cəsarət dərsi keçən Ordumuza eşq olsun! Ürəyi Vətən eşqi ilə döyünən hər bir kəsi ürəkdən təbrik edirik!

Ölkəmizdə VPN ilə kütləvi tanışlıq müharibə dövrünə təsadüf etdiyindən, bu proqramların əsl mahiyyəti hələ də qaranlıq q...
05/11/2021

Ölkəmizdə VPN ilə kütləvi tanışlıq müharibə dövrünə təsadüf etdiyindən, bu proqramların əsl mahiyyəti hələ də qaranlıq qalıb. VPN şirkətlər arasında özəl şəbəkə yaradılaraq, kənardan kimsənin müdaxilə etməməsi üçün istifadə edilir. Lakin VPN tam təhlükəsiz deyildir. VPN istifadə etdiyiniz şəbəkəyə bağlı olduğunuz üçün təhlükəsizliyinə əmin olmadığınız proqramlardan uzaq durun. VPN açıq ikən, bank əməliyyatlarını yerinə yetirməkdən çəkinin. Ona görə də, belə proqramlardan istifadə edən zaman, düşünün ki, internetdəki hər bir fəaliyyətiniz izlənilir.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when ARIS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share