18/08/2026
“Brandon Hall Group HCM Excellence Awards” çərçivəsində 3 mükafata layiq görüldük! 🏆
13 avqust 2026-cı il tarixində Azercell-in İnsan Kapitalının İdarəedilməsi komandası dünyanın nüfuzlu mükafat proqramlarından biri olan Brandon Hall Group HCM Excellence Awards çərçivəsində 3 mükafat qazanıb.
🥇 Gold — Azerbaijan`s first Full-Suite SAP SF Hybrid HR Transformation
🥈 Silver — Leadership Development Capsule Program
🥉 Bronze — DataMinds Bootcamp
İnsan Kapitalının İdarəedilməsi sahəsində nüfuzlu mükafatlardan biri hesab olunan HCM Excellence Awards çərçivəsində layihələr biznes ehtiyacları, proqramın dizaynı, innovasiya və ölçülə bilən nəticələr əsasında, müstəqil sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilir.
Bu uğur insan kapitalının inkişafına, innovasiyaya və gələcəyin bacarıqlarının formalaşdırılmasına yönəlmiş təşəbbüslərimizin dəyərini bir daha göstərir.
Azercell komandası olaraq bu uğurla qürur duyuruq! 💙