09/04/2014
VİRUSLAR HAQQINDA YALNIŞ DÜŞÜNCƏLƏR
Kompüter güvənliyi günümüzün ən aktual məsələlərindən biridir və demək olar ki, her yerdə qarşımıza çıxır. Bu sayədə çoxumuz “virus”, “trojan”, “güvənlik riskləri” və sair bu kimi terminləri əzbərləmişik. Təəssüflər olsun ki, kompüter güvənliyi məsələsində yalnış düşüncələrimiz çoxdu. Hər hansı bir güvənlik proqramı (antivirus, antispyware və s.) istifadə etsək belə yalnış hərəkətimiz bizə güvənlik riski yaradar. Bir neçə yalnış düşüncə haqqında:
- Kompüterimdə virus olarsa anlayaram:
İlk qayda olaraq unutmayın ki, virus deyilən bu kiçik proqramlar hədəfin onu aşkar edə biləcəyi səviyyədə olsa idi o zaman heç yazılmazdı. Müasir viruslar gizlilikləri ilə fərqlənirlər. Belə ki, artıq proqram və şəkillərlə birgə viruslarda səssiz şəkildə yüklənir və yüklənən faylın bir hissəsiymiş kimi davranır.
- Bəzi saytları (oyun vəya yetkinlər üçün) açmıram:
Bu tipli saytların əksəriyyətində virus olduğu danılmazdır. Ancaq normal saytlarda da viruslar ola bilər. Bunu səbəbi isə həmin saytın güvənliklə bağlı problemlərindən irəli gəlir. Nəticədə hansısa saytlarda gəzməmək heçdə sizi viruslardan qorumur.
- Mac-lar virusa yoluxmurlar:
Ən böyük yalnışlardan biridə budur. Əvvəllər bu iddia Apple-ın rəsmi saytlarında yazılsada sonra bunu ləğv elədilər ama istifadəçilər hələdə Apple proqram təminatları ilə güvəndə olduqlarını düşünürlər. Virusları daha çox Windows əməliyyat sistemi üçün yazanlar Apple-da unutmayıblar.
- Kompüterimdə oğurlanacaq informasiya yoxdur:
Kompüterinizi hədəf alan virus təkcə sizin məlumatlarınızı axtarmır. Kompüterdə telefon nömrələri, adları və ya iş yoldaşınızın, dost-tanışınızın bank hesapları (?!), sosial şəbəkələrdə istifadə etdiyiniz hesapları bir sözlə viruslar gəlmişkən nə varsa hamısın oğurlamaq üçün yazılır.
- Sistemi yenidən yazaram və ya yedəkdən yükləyərəm
Çoxlarının düşündüyü ən ağıllı plan demək olar ama bu zaman diqqətli davranmasanız işləriniz qarışar. Birdəki kim deyirki, siz sistemin yedəyini alanda sisteminizdə virus olmayıb ???
Unutmayınki, ən güclü olduğu halda elə ən zəif halqa da insan faktorudur.
Gizli yazmaq istədyiniz suallarınız üçün : [email protected]