Aghayarov Bureau

Aghayarov Bureau Aghayarov Bureau is a creative design studio specialising in branding, packaging design, digital and

Chaykoff bal çeşidləri üçün etiket dizaynıTəbiiliyin və zərifliyin vəhdəti! 🍯✨Chaykoff-un bal kolleksiyası üçün hazırlan...
20/02/2025

Chaykoff bal çeşidləri üçün etiket dizaynı

Təbiiliyin və zərifliyin vəhdəti! 🍯✨

Chaykoff-un bal kolleksiyası üçün hazırlanan etiket dizaynları məhsulun keyfiyyətini və təbii mənşəyini vurğulamaq üçün minimalist üslubda işlənib. Yumşaq təbii rəng tonları, incə qrafik elementlər və aydın tipoqrafika ilə dizayn həm cazibədar görsənir, həm də məhsul haqqında dolğun məlumat verir.

Zəfəranın zərafəti – Yeni etiket dizaynı ✨Chaykoff üçün hazırlanan premium zəfəran etiket dizaynında minimalizm və lüks ...
20/02/2025

Zəfəranın zərafəti – Yeni etiket dizaynı ✨

Chaykoff üçün hazırlanan premium zəfəran etiket dizaynında minimalizm və lüks üslubun vəhdətini hiss edəcəksiz. Tünd fon üzərində qızılı detallarla zəfəranın dəyəri vizual olaraq vurğulanıb. Şüşə qablarda təqdim olunan 1, 2 və 3 qramlıq paketlər üçün yaradılmış bu dizayn estetik və funksional yanaşmanı özündə birləşdirir.

Distribusiya sahəsində fəaliyyət göstərən STC üçün hazırladığımız brendinq, müasir və minimalist yanaşma ilə dəqiq vizua...
17/02/2025

Distribusiya sahəsində fəaliyyət göstərən STC üçün hazırladığımız brendinq, müasir və minimalist yanaşma ilə dəqiq vizual kimlik təqdim edir. Loqo dizaynının əsasını distribusiya prosesinin dörd əsas mərhələsi – İdxal, Tədarük, Satış və Paylaşım təşkil edir. Dörd dinamik oxdan ibarət simvol hərəkəti ifadə edir, mərkəzdəki vizual nəbz isə ticarətin ritmini əks etdirir. Göy rəng etibarlılığı və peşəkarlığı vurğulayaraq aydın və gələcəyə uyğun bir identiklik yaradır.

Art direktor: Xudayar Ağayarov
Layihə meneceri: Serkhan Abbasoff

2022-ci ildə Vau.az şirkətinin sifarişi ilə iriçaplı rebrendinq və brendbuk layihəsini sizə təqdim edirik. Bu layihə, şi...
31/01/2025

2022-ci ildə Vau.az şirkətinin sifarişi ilə iriçaplı rebrendinq və brendbuk layihəsini sizə təqdim edirik. Bu layihə, şirkətin vizual kimliyini yeniləmək və daha güclü marka imici formalaşdırmaq məqsədi daşıyırdı.

Vau.az üçün rebrendinq çərçivəsində loqoya restaylinq tətbiq edilib. Əsas dəyişikliklər fonunda əvvəlki font yenilənib və “Vau.az” mətn olaraq əlavə edilib.
Simvola toxunuşlar edilərək onun daha da geometrik və balanslı görünməsinə nail olunub. Daha əvvəl kiçik ölçüdə görünməyən detallar böyüyərək daha aydın və effektli təqdim edilib.

Brendinqin əsas elementlərindən biri şirkət üçün korporativ maskotun hazırlanması olub. Vau.az loqosunun əsas qəhrəmanı olan pişik konseptindən yola çıxaraq, hazırlanan maskot Animoore Studio tərəfindən dizayn edilib.

Bu layihə çərçivəsində hazırlanmış brendbuk ən iri çaplı brendbuklarım arasında yer alır. 150 səhifəyə yaxın olan bu brendbuk, Vau.az-ın yeni vizual kimliyini, istifadə qaydalarını və brend strategiyasını əhatə edən geniş bir sənəd olaraq hazırlanıb.

Vau.az ölkədə ən böyük onlayn mağazalardan biri olmaq məqsədi ilə fəaliyyətə başlamışdı. Brendinq layihəsi uğurla tamamlanıb və şirkət tərəfindən qəbul edilib. Daha sonra Vau.az müəyyən səbəblərdən fəaliyyətini dayandırsa da, bu layihə keyfiyyət və həcm baxımından xüsusi yer tutur.

31/01/2025

2022-ci ildə Vau.az şirkətinin sifarişi ilə iriçaplı rebrendinq və brendbuk layihəsini sizə təqdim edirik. Bu layihə, şirkətin vizual kimliyini yeniləmək və daha güclü marka imici formalaşdırmaq məqsədi daşıyırdı.

Vau.az üçün rebrendinq çərçivəsində loqoya restaylinq tətbiq edilib. Əsas dəyişikliklər fonunda əvvəlki font yenilənib və “Vau.az” mətn olaraq əlavə edilib.
Simvola toxunuşlar edilərək onun daha da geometrik və balanslı görünməsinə nail olunub. Daha əvvəl kiçik ölçüdə görünməyən detallar böyüyərək daha aydın və effektli təqdim edilib.

Brendinqin əsas elementlərindən biri şirkət üçün korporativ maskotun hazırlanması olub. Vau.az loqosunun əsas qəhrəmanı olan pişik konseptindən yola çıxaraq, hazırlanan maskot .studio tərəfindən dizayn edilib.

Bu layihə çərçivəsində hazırlanmış brendbuk ən iri çaplı brendbuklarım arasında yer alır. 150 səhifəyə yaxın olan bu brendbuk, Vau.az-ın yeni vizual kimliyini, istifadə qaydalarını və brend strategiyasını əhatə edən geniş bir sənəd olaraq hazırlanıb.

Vau.az ölkədə ən böyük onlayn mağazalardan biri olmaq məqsədi ilə fəaliyyətə başlamışdı. Brendinq layihəsi uğurla tamamlanıb və şirkət tərəfindən qəbul edilib. Daha sonra Vau.az müəyyən səbəblərdən fəaliyyətini dayandırsa da, bu layihə keyfiyyət və həcm baxımından xüsusi yer tutur.

27 sentyabr 2023-cü il tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda...
15/08/2024

27 sentyabr 2023-cü il tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfransın rəsmi loqosunu və vizual kimliyini təqdim etməkdən məmnunuq. Dizayn konsepti müxtəlif perspektivlərin qəbulunu və sağlam, qarşılıqlı dialoqun təşviqini simvollaşdırır.

–––
We are thrilled to unveil the official logo and visual identity for the international conference on "The Role of the State in Interfaith Dialogue," which took place on September 27, 2023, in Tbilisi, Georgia. This design symbolizes the embrace of diverse perspectives and the promotion of healthy, mutual dialogue.

Swipe to see how we've brought these concepts to life through our branding! ✨

Azərbaycan Keyfiyyət Assosiasiyası  "ISO 9001:2015 Standart Şərh və Tətbiq üzrə rəhbərlik" kitabını təqdim edir. Kitabın...
02/06/2023

Azərbaycan Keyfiyyət Assosiasiyası "ISO 9001:2015 Standart Şərh və Tətbiq üzrə rəhbərlik" kitabını təqdim edir. Kitabın üz qabığı və təşviqat kampaniyası üçün vizualları hazırladıq. ✊

Kitab Azərbaycanda məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqabətə davamlı olması sahəsində maarifçilik işlərinin aparılmasına, keyfiyyətin idarə edilməsi üzrə beynəlxalq və milli standartların təbliğinə, eləcə də keyfiyyət və idarəetmə sahəsində çalışan mütəxəssis, məsləhətçi, auditor və təlimçilərə kömək məqsədilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin “Keyfiyyəti idarəetmə qrupu” nun mütəxəssisləri tərəfindən hazırlanmışdır.

Chaykoff əzmə, krem məhsulları etiket dizaynıChaykoff bazara yeni əzmə və krem dizaynlarını təqdim edir. Son illərdə veg...
10/03/2023

Chaykoff əzmə, krem məhsulları etiket dizaynı

Chaykoff bazara yeni əzmə və krem dizaynlarını təqdim edir. Son illərdə vegan və ya laktozalı məhsullara tələbin artması çərəz əsaslı əzmələri aktuallaşdırır. Büro badam, fındıq, yer fıstığı, antep fıstığı əsaslı əzmə və kremlər üçün etiket, ümumi vizual dizayn üslubunu hazırlayıb. Əzmə etiketləri məxsusi məhsul rənglərini əsas alaraq hazırlanıb. Məhsulun adı və illustrativ görüntüsü etiketlə yanaşı qapaq stikerində də əks edilib. Məhsulun tərkibində iştirak faizi isə xüsusi lövhə daxilində təqdim edilib.

Universal Pro məhsul kataloq dizaynı Fəaliyyətini 1998-ci ildən başlayan Universal Pro şirkəti inşaat bazarı və neft qaz...
17/11/2022

Universal Pro məhsul kataloq dizaynı

Fəaliyyətini 1998-ci ildən başlayan Universal Pro şirkəti inşaat bazarı və neft qaz sənayesində istifadə olunan materialların satışı ilə məşğul olur. Sənaye avadanlıqları və onların ehtiyyat hissələri və s. məhsul və xidmətlər təklif edən şirkət sektorda uzun zamandır sözünü deyib.

Qarşıya qoyulan əsas məqsəd və geniş məhsul, xidmət portfelini əsaslı, vizual identifik kimiliyə məxsus şəkildə təqdim etmək, dizayn vasitəsiylə potensial sifarişçilər, sahibkarları cəlb etmək idi. Hazırlanacaq kataloq inşaat və sənaye bazarına uyğun olmaqla yanaşı, şirkətin alıcılarına verdiyi dəyəri təqdim etməli idi.

Kataloqda məhsul çeşidini göstərmək üçün bölmələr dizayn edilib. Hər bölməyə məxsus tərkibdə yer alan istiqamət üzrə qoşa səhifə ayrılıb. Səhifələrin tərkibində məhsul istiqaməti haqqında məlumat mətn və simvol ilə müşayət edilir. Məxsusi avandalıqlarəm tərkibi isə cədvəl şəklində təqdim edilib.

Layihə və daha çoxu haqqında ətraflı məlumat:
https://www.aghayarovbureau.com/universalprocatalogue

City Park Təqdimat dizaynı City Park Ticarət Mərkəzi Bakının ən gözəl yerlərindən biri olan Ağ Şəhər ərazisində fəaliyyə...
22/06/2022

City Park Təqdimat dizaynı

City Park Ticarət Mərkəzi Bakının ən gözəl yerlərindən biri olan Ağ Şəhər ərazisində fəaliyyətə başlayır. Mərkəzin brendinq tərzinə uyğun, səliqəli və müxtəlif bölmələri vahid üslubda təqdim edən dizayn hazırladıq.

Təqdimat dizaynı biznes strukturlarının diqqətlə yanaşmalı olduqları marketiq alətidir. Şirkətinizin simasını, işə yanaşmanızı, tərəfdaşlara verilən dəyəri təqdim edir. Dizayn zamanı təqdimatın məqsədi əsas alınaraq minimum mətn, maksimum vizualdan istifadə edilib. Mövzulara uyğun şəkildə hazırlanan ikonlar məlumatı təsvir edirək aksent yaradır. Müasir trendləri nəzərə alaraq hazırlanan sadə təqdimat səliqəli görsənməklə yanaşı izləyicini qarışıq görüntü ilə yormur.

Daha ətraflı:
https://www.aghayarovbureau.com/cityparkpresentation

"JV Fitnes" rebrendinq layihəsi Ceyhun Vəliyev Azərbaycanın tanınan fitnes məşqicilərindəndir. Şəhərimizdə onun rəhbərli...
13/06/2022

"JV Fitnes" rebrendinq layihəsi

Ceyhun Vəliyev Azərbaycanın tanınan fitnes məşqicilərindəndir. Şəhərimizdə onun rəhbərliyi altında bir sıra fitnes zalları fəaliyyət göstərir. Fəaliyyətin genişlənməsi, zalların artması ilə əlaqədar "JV Fitness" üçün rebrendinq layihəsini həyata keçirdik. Təqdim edilən abreviatura hazırlanan monoqram "Ceyvun Vəliyev" ad və soyadının ingilis dili qarşılığı olan "J", "V" hərflərinə əsaslanıb. Lakin monoqramın unikallığı "J" və "V" hərflərinin birləşərək Yapon Kanjisində "gücü" təsvir edən iyeroqlif formasını yaratmasıdır. "Kanji" — Çin yazı üslubuna yaponlar tərəfindən verilən isimdir.

Address

Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00

Telephone

+994516588284

Alerts

Be the first to know and let us send you an email when Aghayarov Bureau posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aghayarov Bureau:

Share