Hilay Company

Hilay Company Yeni nəsil İT təhsilli İT liderlərini hazırlamaq üçün burdayıq👑
✨️Fərqimiz bacarığınızdır.

Hamı danışacaq, amma sən quruculardan biri olacaqsan...Dəyişiklik istəyirik. Amma dəyişiklik tək başına olmur. Hilay ola...
30/04/2025

Hamı danışacaq, amma sən quruculardan biri olacaqsan...

Dəyişiklik istəyirik. Amma dəyişiklik tək başına olmur. Hilay olaraq qurduğumuz bu yeni ekosistem, sadəcə bir layihə yox, birgə gələcək yaratma sistemidir. Şikayət etmədən, durmadan, yorulmadan, boşluqlara həll axtararaq...

🚀 İdeyan var, amma komandan yoxdu?
💡 Real problemə həll tapmısan, amma texniki resursun çatmır?
🎯 Sıfırdan öyrənmək yox, real iş mühitində böyümək istəyirsən?

Və ən əsası bilgi "çoxluğundan" əziyyət çəkirsənsə, deməli, sən Hilay ekosisteminin bir parçası olmalısan. Artıq onlarla insan, ideya, biznes bu sistemin bir hissəsinə çevrilib. Sən də gələcəyin qurucularından olmaq istəyirsənsə, bu postu oxuyub qərarını qoşulma istəyinlə təsdiqləyə bilərsən.

İndi sənə daha yaxınıq💚
Gələcəyi quran ekosistemə sən də qoşul.💡

📩 Ətraflı məlumat və qoşulmaq üçün bizə yaz. Sən bu sistemə dəyər qatacaqsan 🎇

🎯 İdeyan var, amma komandan yoxdur? Real problemi həll edən bir layihən var, amma texniki tərəfdə çətinlik yaşayırsan?Wo...
29/04/2025

🎯 İdeyan var, amma komandan yoxdur? Real problemi həll edən bir layihən var, amma texniki tərəfdə çətinlik yaşayırsan?

Work Simulation Academy (WSA) olaraq, ideyası olan fərdləri və rəqəmsal layihələrə ehtiyacı olan biznesləri axtarırıq!

🚀 Biz nə edirik?

▪️ İdeyası olan, lakin icra komandası olmayan fərdlərə təcrübəli və öyrənməyə hazır komandalar təqdim edirik.
▪️ Real problemi olan layihələri WSA daxilində real simulyasiya layihəsinə çevirir və gənc mütəxəssislərlə birgə bu problemi həll edirik.
▪️ Sizə həm real texniki dəstək, həm də layihənizin ilk iterasiyasını görmək imkanı veririk.

Sənin ideyan sabahın uğurlu məhsulu ola bilər, bəlkə də sadəcə doğru insanlara ehtiyacın var.😎

📩 Əgər:
-- Texniki komanda axtarırsansa,
-- Layihən var, lakin hardan başlayacağını bilmirsənsə,
-- Real istifadəçi problemini həll edən bir ideyan varsa, bizimlə əlaqə saxla!

🧠 Gəlin bu ideyanı birgə inkişaf etdirək, test edək və gələcəyə daşıyaq.

👇 Həll üçün mesaj qutun qədər uzaqdayıq, elə indi məlumat üçün bizə yaz.

Məşhur adlar yox, real hekayələr danışır.Real həyatda mübarizə aparanları tanımaq istəyirsənsə, Future Talks-a bax. -- S...
28/04/2025

Məşhur adlar yox, real hekayələr danışır.

Real həyatda mübarizə aparanları tanımaq istəyirsənsə, Future Talks-a bax.
-- Sənə podiumlardan, milyon dollarlardan yox,
-- Uğursuzluqlardan,
-- Tərəddüdlərdən,
-- Gerçək dönüş nöqtələrindən danışacağıq.

Bura ilham yeri deyil, özünü aid hiss etdiyin yerdir. ✨
Sən də qatıl!

Future Talks-da sənə motivasiyaçıları yox, real çətinliklərlə üzləşmiş insanların hekayələrini təqdim edirik.
Çünki ilham bir anlıqdır, təcrübə isə yolun özüdür.
Gələn ayın tədbirində sən də real inkişaf yolları ilə tanış ol!

Qeydiyyat və ətraflı məlumat üçün bizə yaz.👇🏻

Gələcəyi quran ekosistemə sən də qoşul!📣 HİLAY-ın 5 unikal istiqaməti üzrə qəbullar başladı!🔸 Work Simulation Academy – ...
11/04/2025

Gələcəyi quran ekosistemə sən də qoşul!
📣 HİLAY-ın 5 unikal istiqaməti üzrə qəbullar başladı!

🔸 Work Simulation Academy – Artıq başlayıb! Komandamızı formalaşdırırıq və ideyaları real təcrübəyə, qazanca çeviririk.

🔸 UX/UI for Job Life – Tədris deyil, işə hazırlıq! 2 aylıq intensiv proqramla UX/UI sahəsində peşəkar karyerana başla.

🔸 Tech For Her / Balance For Him – Qadınlara texnoloji mentorluq, kişilərə emosional balans. Çünki güclü daxili dayaq olmadan peşəkar inkişaf mümkün deyil.

🔸 Future Talks – Ayda bir dəfə səmimi, dürüst və faydalı görüşlər. Karyera, həyat və inkişafla bağlı real söhbətlər.

🔸 IT Speaking Club – İT sahəsində olanlar üçün praktiki İngilis dili klubumuz! Danış, inkişaf et, beynəlxalq imkanlara hazır ol.

📩 İndi müraciət et və gələcəyi bizimlə birgə qur!

Müsahibəyə çağırıldın, amma sonra xəbər çıxmadı?Tanış situasiyadır, düzdür? İlk mərhələni keçirsən, ümidlənirsən, hətta ...
05/03/2025

Müsahibəyə çağırıldın, amma sonra xəbər çıxmadı?
Tanış situasiyadır, düzdür? İlk mərhələni keçirsən, ümidlənirsən, hətta gələcək iş yerində özünü təsəvvür edirsən... Sonra? Sükut. Telefon susur, e-mail gəlmir. Əslində, sənin nə səhv etdiyini bilməyə haqqın var!

Niyə belə olur?
🔹 Müsahibədə verdiyin cavablar qeyri-müəyyən olub.
🔹 İşəgötürən səndən daha uyğun namizəd tapıb.
🔹 Gözləntiləri tam anlamaq əvəzinə, özünü sübut etməyə çalışmısan.
🔹 Şirkət ümumiyyətlə geri dönüş etməmək kimi p*s bir vərdişə sahibdir.

📢 Amma yaxşı xəbər var!
Bu dəfə müsahibəyə hazır get! Özünü necə təqdim edəcəyini, sualları necə cavablayacağını əvvəlcədən bil!

"For Job Life" iş dünyasına real hazırlıq təqdim edir:
✅ Hansı sualları necə cavablandırmalı olduğunu öyrən.
✅ CV və motivasiya məktubu analizi ilə səhvlərini bil.
✅ Müsahibə zamanı özünəinamlı və peşəkar görünmək üçün real təcrübə qazan.
✅ İşəgötürənlərin nəyə diqqət etdiyini öyrən və özünü onların istədiyi namizəd kimi təqdim et.

📩 Qeydiyyatın bitməsinə SON 3 GÜN. İş həyatına peşəkar addım atmaq üçün elə indi bizə yaz.

CV göndərdin, amma cavab yoxdu? ❌📩Bəlkə CV-nin hazırlanmasında səhvlərə yol vermisən? Düzgün və təsirli CV hazırlamaq iş...
28/02/2025

CV göndərdin, amma cavab yoxdu? ❌📩

Bəlkə CV-nin hazırlanmasında səhvlərə yol vermisən? Düzgün və təsirli CV hazırlamaq işə qəbul şanslarını artırır! ✅

🧐 Sən də bu problemlə qarşılaşmısan? Ola bilər ki:
🔹 CV-də lazımsız məlumat çoxdur
🔹 İş üçün uyğun bacarıqlar vurğulanmayıb
🔹 Dizayn və format oxunaqlı deyil
🔹 Təcrübə və nailiyyətlər aydın göstərilməyib

📌 Ən yaxşı CV üçün nə etməli?
🔸 Məlumatlarını strukturlaşdır
🔸 Müraciət etdiyin vakansiyaya uyğunlaşdır
🔸 Qısa və konkret ifadələrdən istifadə et
🔸 Peşəkar dizayn və format seç

Sənin CV-nə baxıb, geri dönüş etməmişdilər? Fikirlərini bizimlə bölüş! 💬👇

📢 Bu iş elanına bax, gülməkdən öləcəksən! Vəzifə: Junior mütəxəssis 💼Tələblər:📍 3+ il iş təcrübəsi (Junior deyirsiz, amm...
26/02/2025

📢 Bu iş elanına bax, gülməkdən öləcəksən!

Vəzifə: Junior mütəxəssis 💼
Tələblər:
📍 3+ il iş təcrübəsi (Junior deyirsiz, amma artıq senior olmalıyıq?)
📍 3 dildə sərbəst danışmaq (amma maaş 400 AZN)
📍 Həm dizayner, həm marketoloq, həm də developer olmaq (bütün şöbələri bir nəfərlə əvəz edək?)
📍 Stresə davamlı, enerjili, 24/7 işləməyə hazır olmaq (robot axtarırsız, insan yox)

Maaş: "Müsahibə zamanı müzakirə ediləcək" (yəni könüllü işləməyə hazır olun)

Belə vakansiyalar görənlər buradadır? Şərhlərdə ən qəribə iş elanlarını bizimlə paylaşın! 🫠

İş müsahibəsində verilən 3 absurd sual – Bunu eşitmisən?💼 Müsahibəyə ciddi hazırlaşmısan, təcrübən, bacarıqların yerində...
18/02/2025

İş müsahibəsində verilən 3 absurd sual – Bunu eşitmisən?

💼 Müsahibəyə ciddi hazırlaşmısan, təcrübən, bacarıqların yerindədir… və birdən... qarşına belə suallar çıxır:

1. Bizə özünü 3 sözlə təsvir et.

-> Niyə 3? 2 olsa olmaz?)
✅ Cavab: "Analitik, komandada işləməyi bacaran və inkişaf yönümlü." (Bunlar iş dünyasında sevilən keyfiyyətlərdir.)

2. Bizdən gözləntiniz nədir?
-> Əslində maaş desəm, ayıb olar?...
✅ Cavab: "Öyrənərək inkişaf edə biləcəyim bir mühit və aydın karyera perspektivi." (Burada şirkətin səndən gözləntiləri qədər, sənin də onlardan gözləntilərinin olduğunu göstərmək vacibdir.)

3. 5 il sonra özünü harada görürsən?
-> Əsas odur ki, iş tapa bilim, sonra düşünərəm...
✅ Cavab: "Məqsədim bu sahədə inkişaf edib, daha məsuliyyətli və dəyər yaradan bir mütəxəssis olmaqdır."

💡 Bu tip sualların məqsədi səni "gözlənilməz vəziyyətə" salmaqdır. Cavabın konkret və məntiqli olsa, növbəti mərhələyə keçmək şansın artır!

📌 Sən iş müsahibəsində hansı maraqlı və ya absurd suallarla rastlaşmısan?

📌 İş tapmaq üçün 3 əsas şey – Biri səndə yoxdursa, iş tapa bilməyəcəksən!“CV göndərdim, amma cavab gəlmir.” “Müsahibəyə ...
17/02/2025

📌 İş tapmaq üçün 3 əsas şey – Biri səndə yoxdursa, iş tapa bilməyəcəksən!

“CV göndərdim, amma cavab gəlmir.”
“Müsahibəyə girdim, amma keçə bilmədim.”
“İşə qəbul oldum, amma 3 ay sonra çıxdım.”

Əgər bu situasiyalardan birini yaşamısansa, deməli, iş mühitinə tam hazır deyilsən. Çünki təkcə texniki biliklər bəs etmir. İşə qəbul olmaq və orada uğur qazanmaq üçün 3 əsas şey lazımdır:

🔹 Texniki biliklər – Sən Java Developer, UX/UI dizayner və ya HR olmaq istəyirsən? Sırf bilik yox, real işdə necə tətbiq edəcəyini öyrənməlisən. Bilirsinizmi, 60% şirkət yeni işçinin texniki biliyinin praktikaya uyğun olmamasına görə onu işdən çıxarır və ya ümumiyyətlə işə götürmür?

🔹 Soft skill-lər (yumşaq bacarıqlar) – CV-də “komanda ilə işləyə bilirəm” yazmaq asandır. Amma real komandada iş bölüşmək, vaxtı düzgün idarə etmək, stressə davamlı olmaq fərqli şeydir. Bunlar olmadan ilk işində çətinlik çəkəcəksən.

🔹 İş mühiti üçün hazırlıq – Müsahibədə niyə tərs suallar verirlər? Niyə iş tapdıqdan sonra gözləntilər fərqli olur? İş mühiti səni dəyişmədən, sən ona uyğunlaşmalısan. Bu, yalnız real iş simulyasiyası ilə mümkündür.

🚀 Bütün bunları For Job Life-da öyrənəcəksən!
❌ Sadəcə təlim deyil – Səni real iş mühitinə hazırlayan proqramdır.
✅ Şirkətlərin tələb etdiyi bilik və bacarıqları öyrənəcəksən.
✅ Yerli və beynəlxalq iş müsahibələrinə hazır olacaqsan.
✅ İngilis dilində müsahibələr üçün xüsusi dərslər alacaqsan.
✅ Korporativ mədəniyyəti və iş etikasını təcrübəli mütəxəssislərdən öyrənəcəksən.

💼 İlk işinə tam hazır olmaq istəyirsənsə, elə indi qoşul! 15 gün sonra gec olacaq. Link üçün bizə yazın.

💼 "İş tapmaq çətindir?"Ətrafınızda hər kəsin uğur hekayələri danışdığı bir dövrdə siz də iş dünyasında yerinizi tapmaq i...
30/01/2025

💼 "İş tapmaq çətindir?"
Ətrafınızda hər kəsin uğur hekayələri danışdığı bir dövrdə siz də iş dünyasında yerinizi tapmaq istəyirsiniz? İşsizlikdən yorulmusunuz və doğru addımı atmağa hazırsınız?

🌟 "For Job Life" layihəsinə qeydiyyat başladı!
Karyeranıza güc qatmaq və arzularınıza doğru əmin addımlarla irəliləmək istəyirsiniz? O zaman doğru yerdəsiniz! 🚀

💡 Hilay Company sizi iş dünyasına hazırlayacaq peşəkar təlimlərə dəvət edir:
✨ Marketinq
✨ İnsan resursları
✨ UX/UI dizayn
✨ Qrafik dizayn
✨ Backend proqramlaşdırma (Java)

↪️Qeyd edək ki, layihənin UX/UI dizayn istiqamətindəki əvvəlki məzunlarının 100%-lik işə/təcrübəyə qəbul nəticəsi var.

🚀 Sizin inkişafınız bizim prioritetimizdir! Yerlər məhduddur, fürsəti qaçırmayın! Yalnız şanslı şəxslər seçiləcək🥳
🔗 Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlayın.

👉 İlk addımı atın, biz sizin uğur yolunuzda yanınızdayıq! 💼✨

İlk işinizi tapmaqda çətinlik çəkirsiniz?Biz bu çətinliyi aradan qaldırırıq. Necəliyi sizə də maraqlıdırsa, bizə yazın s...
29/01/2025

İlk işinizi tapmaqda çətinlik çəkirsiniz?
Biz bu çətinliyi aradan qaldırırıq. Necəliyi sizə də maraqlıdırsa, bizə yazın sizə dəstək olaq.✅✨

"For Job Life" layihəsinə niyə qoşulmalıyam? 🤔Əgər bu sualı özünüzə vermisinizsə, təbriklər, düzgün yoldasınız! :)🎓 Dipl...
22/01/2025

"For Job Life" layihəsinə niyə qoşulmalıyam? 🤔

Əgər bu sualı özünüzə vermisinizsə, təbriklər, düzgün yoldasınız! :)

🎓 Diplomunuzun "qarderob" aksesuarına çevrildiyini hiss edirsiniz?

💻 İş elanlarına baxarkən "minimum 3 il təcrübə" sözlərini görüncə panika keçirirsiniz?

💬 "CV-niz nəzərdən keçirilib" mesajı ilə yuxularınızda HR-ları görürsünüz?

😅 Dostlarınız artıq "Niyə iş tapmırsan?" sualını rutin halına gətirib?

"For Job Life" bu problemlərə son qoymaq üçün gəlir! Biz sizə 👇

✅ CV-nizi sıradan çıxarıb, işəgötürənlərin gözündə bir "şedevr"ə çevirməyi öyrədirik.

✅ Müsahibə zamanı tər və təlaşla deyil, özünəinamla parıldamağın yollarını göstəririk.

✅ Hətta HR-ların beynini "hack" etməyə də kiçik məsləhətlərimiz var (zarafatdır, əlbəttə).

✅ "Və ən əsası, 'biz bir ailəyik' ifadəsinin təkcə korporativ sloqan olmadığını görəcəksiniz. 😊"

Daha çox məlumat istəyirsiniz? 🧐

📅 25 yanvar tarixində keçiriləcək tanıtım günü sizin üçün möhtəşəm fürsətdir! Ödənişsizdir, verimlidir və gələcəyinizi dəyişəcək addım ola bilər.

Bizə qoşulmaq istəyirsinizsə, yorumlarda qeyd edin.💬

Address

Azərbaycan
Baku

Alerts

Be the first to know and let us send you an email when Hilay Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hilay Company:

Share