Bestсomp Group

Bestсomp Group BestComp Group sistem inteqrasiyası, data mərkəzi, layihə həlləri, proqram təminatı, kibert?

Data mərkəzinin imkanlarını yalnız serverlərin sayı deyil, elektrik şəbəkəsinin gücü müəyyən edir.Süni intellekt sisteml...
21/08/2026

Data mərkəzinin imkanlarını yalnız serverlərin sayı deyil, elektrik şəbəkəsinin gücü müəyyən edir.

Süni intellekt sistemləri bu məsələni daha da aktuallaşdırır. Ənənəvi server şkafında 8–12 kVt güc sıxlığı normal hesab olunduğu halda, GPU klasterlərində bu göstərici 130 kVt-a çata bilər.

Belə yüksək sıxlıqda hava ilə soyutma kifayət etmir. Maye soyutma sistemi layihənin ilkin mərhələsindən planlaşdırılmalıdır. Onu sonradan əlavə etmək həm mürəkkəb, həm də daha bahalıdır.

Buna görə düzgün planlaşdırma ardıcıllığı belədir:

- Elektrik şəbəkəsinin gücü və gələcək artım ehtiyatı
- Soyutma arxitekturası
- Avadanlıq seçimi

Enerji monitorinqi də ilk gündən qurulmalıdır. Çünki ölçülməyən enerji sərfiyyatını effektiv idarə etmək mümkün deyil.

Bestcomp Group 30+ ildir data mərkəzi infrastrukturlarını layihələndirir və qurur. Topladığımız təcrübə əsasında enerji təchizatı, soyutma və monitorinq sistemlərini vahid və gələcək artıma hazır həll daxilində birləşdiririk.

✅ Azərbaycan süni intellekt infrastrukturunun inkişafı istiqamətində qürurverici nailiyyətAzərbaycana NVIDIA Blackwell U...
11/08/2026

✅ Azərbaycan süni intellekt infrastrukturunun inkişafı istiqamətində qürurverici nailiyyət

Azərbaycana NVIDIA Blackwell Ultra B300 texnologiyasının gətirilməsinə töhfə verən layihənin bir hissəsi olmaqdan qürur duyuruq. Bu, ölkədə süni intellekt imkanlarının yeni nəslinin formalaşdırılması istiqamətində mühüm addımdır.

Bestcomp Group PASHA Technology və Cisco ilə birlikdə biznes və təşkilatların süni intellekt sahəsində artan tələblərini dəstəkləmək üçün nəzərdə tutulmuş qabaqcıl infrastrukturun yaradılmasına öz töhfəsini verib.

Süni intellekt sahəsində innovasiya düzgün infrastruktur, peşəkar təcrübə və əməkdaşlıqdan başlayır.

Bu mühüm nailiyyətə töhfə verən hər kəsi təbrik edirik! Yeni nəsil süni intellekt infrastrukturunun ölkəmizin gələcəyi üçün yaradacağı təsirləri görməyi səbirsizliklə gözləyirik.

-----

✅ A proud moment for AI infrastructure development in Azerbaijan.

We are excited to be part of a project bringing NVIDIA Blackwell Ultra B300 technology to Azerbaijan, a significant step toward building the next generation of AI capabilities in the country.

Bestcomp Group together with PASHA Technology and Cisco, contributed to delivering an advanced infrastructure foundation designed to support the growing needs of AI-driven businesses and organizations.

AI innovation starts with the right infrastructure, expertise and collaboration. We are proud to work alongside our partners and customers to help transform ambitious technology visions into reality.

Congratulations to everyone involved in this achievement. We look forward to seeing the impact this next generation of AI infrastructure will have on our country’s future.

Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində keçirilən şahmat turniri gəncləri sağlam rəqabət və intellektual müba...
06/08/2026

Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində keçirilən şahmat turniri gəncləri sağlam rəqabət və intellektual mübarizə ətrafında bir araya gətirib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Bestcomp Group-un tərəfdaşlığı ilə baş tutan turnirin qalibi Niderlanddan olan Murad Abdulla olub. Yarışda fərqlənən iştirakçılara Bestcomp Group tərəfindən mükafatlar təqdim edilib.

Çünki düzgün strategiya yalnız şahmat taxtasında deyil, gələcəyin qurulmasında da mühüm rol oynayır.

Bestcomp Group gənclərin analitik düşüncə və qərarvermə bacarıqlarını inkişaf etdirən təşəbbüslərin yanında olmağa davam edir.

Lenovo Hybrid AI Advantage™ NVIDIA texnologiyaları ilə işləyən hazır süni intellekt infrastrukturudur.Adətən Sİ layihəsi...
03/08/2026

Lenovo Hybrid AI Advantage™ NVIDIA texnologiyaları ilə işləyən hazır süni intellekt infrastrukturudur.

Adətən Sİ layihəsi üçün serverlər, yaddaş sistemləri və proqram təminatı ayrı-ayrılıqda seçilir və uzun müddət inteqrasiya edilir. Burada isə bütün komponentlər əvvəlcədən yoxlanılıb və birlikdə işləməyə hazırdır.

Kiçik sınaq layihəsindən başlayıb sonra böyük miqyasa keçmək mümkündür. Arxitekturanı dəyişmək lazım gəlmir.

Platformanın iki mühüm komponentini qeyd etmək lazımdır:

Lenovo AI Library hazır Sİ ssenarilərinin toplusudur. Onları öz iş proseslərinizə uyğunlaşdırır, lazım olduqda yeni agentlər və rəqəmsal köməkçilər yaradırsınız.

Lenovo Hybrid AI Factory məlumatların emalı, modellərin idarə edilməsi və təhlükəsizlik nəzarətini bir platformada birləşdirir. Məlumatlar öz mühitinizdə qalır.

Bestcomp Group-un texniki komandası mövcud infrastrukturunuzu qiymətləndirir və hansı konfiqurasiyanın sizə uyğun olduğunu müəyyən edir. Sİ layihələriniz üzrə müzakirə üçün bizimlə əlaqə saxlayın.

Bəzən problemlər həll olunmaz görünür. Qarışıq İT infrastrukturu, təhlükəsizlik riskləri, köhnəlmiş sistemlər və mürəkkə...
27/07/2026

Bəzən problemlər həll olunmaz görünür. Qarışıq İT infrastrukturu, təhlükəsizlik riskləri, köhnəlmiş sistemlər və mürəkkəb proseslər biznesinizin inkişafını ləngidə bilir. Belə vəziyyətlərdə isə ən doğru çıxış yolunu sadəcə sahəsinin eksperti olan, doğru tərəfdaş tapır.

Bestcomp Group olaraq illərlə formalaşmış təcrübəmiz və ekspert komandamızla ən mürəkkəb problemlərinizi analiz edir, ən qısa və ən doğru həll yolunu müəyyənləşdiririk. Biz sadəcə problemləri aradan qaldırmırıq, biznesiniz üçün daha təhlükəsiz, çevik, dayanıqlı və gələcəyə hazır İT infrastrukturu qururuq.

Bestcomp Group – mürəkkəb problemlərinin etibarlı İT tərəfdaşı.

-----

Sometimes, problems seem impossible to solve. Complex IT infrastructures, security risks, legacy systems and complicated processes can slow down your business growth. In such situations, the right way forward can only be found with the support of an experienced and trusted technology partner.

At Bestcomp Group, our years of expertise and highly skilled team enable us to analyze even the most complex challenges and identify the most effective and efficient solutions. We don't just solve problems, we build secure, agile, resilient and future-ready IT infrastructures that empower your business to grow with confidence.

Bestcomp Group – your trusted partner for solving complex IT challenges.

3 həftə – ənənəvi yanaşma ilə yeni bir filialın şəbəkə infrastrukturunu qurmaq üçün orta hesabla tələb olunan vaxt.Cisco...
20/07/2026

3 həftə – ənənəvi yanaşma ilə yeni bir filialın şəbəkə infrastrukturunu qurmaq üçün orta hesabla tələb olunan vaxt.

Cisco SD-WAN ilə bu proses bir günə, hətta daha qısa müddətə düşür. NetSecOPEN sertifikatlı platforma bir kliklə avtomatlaşdırılmış quraşdırma imkanı təqdim edir. Nəticədə şəbəkə xidmətləri istənilən məkanda daha sürətli istifadəyə verilir və mərkəzləşdirilmiş şəkildə idarə olunur.

Əsas odur ki, bu sürət təhlükəsizliyi ikinci plana atmaq hesabına əldə edilmir:
🔵 SASE-ə hazır platforma və inteqrasiya olunmuş Next-Generation Firewall (NGFW) ilə WAN-dən bulud mühitinə qədər tam qorunma
🔵 Ətraflı analitika, tam görünürlük və mərkəzləşdirilmiş idarəetmə ilə davamlı performans nəzarəti
🔵 NetSecOPEN sertifikatı ilə müstəqil test edilmiş və sübut olunmuş təhlükəsizlik göstəriciləri

Sürət və təhlükəsizlik artıq bir-birini istisna etmir.

Sualımız isə budur: Şirkətinizdə bir filialın şəbəkə quraşdırılması hazırda nə qədər vaxt aparır? Təcrübənizi şərhlərdə bölüşməyinizdən məmnun olarıq.

Avtomatlaşdırma müasir biznes dünyasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Lakin bu mövzuda aparılan m...
13/07/2026

Avtomatlaşdırma müasir biznes dünyasında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Lakin bu mövzuda aparılan müzakirələr getdikcə daha texniki xarakter aldıqca, çox vaxt bir vacib amil diqqətdən kənarda qalır – insanlar. Təşkilatlar avtomatlaşdırma səylərini sürətləndirdikcə aydın olur ki, süni intellektin ən böyük dəyəri insanları əvəz etmək deyil, maşınların imkanlarından istifadə edərək insan fəaliyyətini gücləndirmək və yeni imkanlar yaratmaqdır.

Bəs insan amili nə üçün vacibdir və praktikada bunun ifadəsi necədir? Bu sualların cavabını ətraflı olaraq bloq yazımızda oxuya bilərsiniz👇

https://bestcomp.net/az/blog/why-human-governance-remains-critical-in-the-ai-era

-----

Automation is one of the most-discussed topics in business today, and as the conversation grows more technical, it keeps overlooking the factor that decides whether any of it works – people. As organizations accelerate their automation efforts, it is becoming increasingly clear that the greatest value of artificial intelligence lies not in replacing people, but in augmenting human capabilities by leveraging the strengths of machines and creating new opportunities.

So why is the human factor important and how is this expressed in practice? You can read the detailed answers to these questions in our blog post 👇

https://bestcomp.net/blog/why-human-governance-remains-critical-in-the-ai-era

Rəqəmsal iqtisadiyyatın inkişafı texnologiyadan daha çox koordinasiya məsələsidir. Dövlət, biznes və innovasiya ekosiste...
09/07/2026

Rəqəmsal iqtisadiyyatın inkişafı texnologiyadan daha çox koordinasiya məsələsidir. Dövlət, biznes və innovasiya ekosisteminin eyni prioritetlər ətrafında formalaşdırdığı dialoq gələcək inkişafın istiqamətlərini müəyyən edir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkil etdiyi ictimai dinləmədə məhz bu istiqamətlər müzakirə olundu. Tədbirdə rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən islahatlar, innovasiya ekosisteminin inkişafı, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzi kimi mövqeyinin gücləndirilməsi ilə bağlı prioritetlər təqdim edildi. Eyni zamanda süni intellektin dövlət idarəçiliyində və ictimai xidmətlərdə tətbiqinə dair Fəaliyyət Planı haqqında məlumat verildi.

Bestcomp Group-u tədbirdə Baş İcraçı Direktor Fərid Həsənov təmsil etdi.

Bestcomp Group olaraq bu transformasiyanın həyata keçirilməsi üçün dövlət və özəl sektorun etibarlı əməkdaşlığını dəstəkləyən təşəbbüslərdə aktiv iştirak etməyə davam edirik.

-----

The development of the digital economy is less about technology itself and more about coordination. Dialogue built around shared priorities between the government, businesses and the innovation ecosystem plays a defining role in shaping the country's future direction.

These priorities were the focus of the public hearing organized by the Ministry of Digital Development and Transport. The event presented key initiatives and reforms in digital development, innovation, artificial intelligence and cybersecurity, alongside priorities for strengthening the innovation ecosystem, increasing ICT exports and positioning Azerbaijan as a regional technology hub. The Artificial Intelligence Action Plan for the adoption of AI in public administration and public services was also introduced.

Bestcomp Group was represented at the event by its Chief Executive Officer, Farid Hasanov.

At Bestcomp Group, we remain committed to actively supporting initiatives that strengthen trusted collaboration between the public and private sectors, helping drive the country's digital transformation forward.

Biznesdə çap keyfiyyəti təkcə sənədin görünüşünü deyil, avadanlığın etibarlılığını və ümumi əməliyyat səmərəliliyini də ...
07/07/2026

Biznesdə çap keyfiyyəti təkcə sənədin görünüşünü deyil, avadanlığın etibarlılığını və ümumi əməliyyat səmərəliliyini də müəyyən edir.

Məhz bu mövzuları müzakirə etmək üçün sifarişçilərimizlə birlikdə HP Innovation Session tədbirində bir araya gəldik.

Tədbir zamanı HP-nin orijinal sərfiyyat materiallarının üstünlükləri, onların çap keyfiyyətinə, avadanlıqların istismar müddətinə və biznes proseslərinin optimallaşdırılmasına verdiyi töhfələr haqqında fikir mübadiləsi apardıq.

Ən dəyərli hissə isə iştirakçılarımızla real təcrübələri paylaşmaq, sualları birlikdə müzakirə etmək və müxtəlif yanaşmaları dinləmək oldu.

Tədbirdə iştirak edən bütün qonaqlarımıza təşəkkür edirik. Yeni mövzular və yeni görüşlərdə yenidən bir araya gəlmək ümidi ilə.

Məlum olduğu kimi, mütəmadi olaraq inkişaf etdirdiyimiz və yenilədiyimiz, hal-hazırda bir çox dövlət qurumu və özəl şirk...
30/06/2026

Məlum olduğu kimi, mütəmadi olaraq inkişaf etdirdiyimiz və yenilədiyimiz, hal-hazırda bir çox dövlət qurumu və özəl şirkətlərin etibarla istifadə etdiyi Azdoc məhsulumuz yeni mərhələyə qədəm qoyaraq Azdoc PRO adını almışdır.

Bu dəyişiklik təkcə məhsulun adında deyil, onun imkan və funksionallığında da öz əksini tapır. Azdoc PRO-nun əsas yeniliklərindən biri sənədlərin QR kod vasitəsilə SİMA İmza tətbiqində elektron şəkildə imzalanması imkanıdır. Artıq sənədləri imzalamaq üçün əlavə mürəkkəb proseslərə ehtiyac yoxdur. Sadəcə yaradılan QR kodu SİMA İmza tətbiqi ilə skan edərək sənədlərinizi təhlükəsiz, sürətli və rahat şəkildə imzalaya bilərsiniz.

Qarşıdakı dövrdə də məhsulumuzu yeni funksiyalar və innovativ imkanlarla zənginləşdirərək istifadəçilərimiz üçün daha dəyərli təcrübə yaratmağa davam edəcəyik.

-----
As part of our ongoing commitment to continuous improvement and innovation, our Azdoc solution — trusted by numerous government institutions and private companies — has entered a new stage of development and is now rebranded as Azdoc PRO.

This change goes beyond a new name, it reflects significant enhancements in the product’s capabilities and functionality. One of the key innovations introduced in Azdoc PRO is the ability to electronically sign documents through the SİMA İmza application using a QR code. There is no longer any need for complex additional procedures. Simply scan the generated QR code with the SİMA İmza app to sign your documents securely, quickly and conveniently.

Looking ahead, we will continue enriching Azdoc PRO with new features and innovative capabilities, delivering even greater value and an enhanced experience for our users.

Address

White City Office Building, 6th Floor
Baku
AZ1025

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994 12 541-4747

Alerts

Be the first to know and let us send you an email when Bestсomp Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bestсomp Group:

Shortcuts

Share