10/01/2014
Bir müddət əvvəl, belə məlumat paylaşıldı ki, Nokia şirkəti, Android ƏS ilə çalışan Nokia Normandy layihəsi üzərində işləyir. Bu layihənin baş tutması, hələ də təsdiqlənməsə də, onun haqqında məlumatlar da az idi. Məşhur, , Nokia’nın Android ilə çalışan Nokia A110 modelinin görüntüləri və AnTuTu Benchmark testində nəticələrini yayımlayıb.
Məlumatda, sirli Nokia A110 modelinin About bölməsinin ekran görüntülərində, onun Android 4.4.1 KitKat versiyasında çalışması görüntülənib. Təqdim olunacaqsa, Android 4.4.2 versiyasında da ola bilər. Daha sonra, məlumatda, A110 modeli, 854 x 480 piksel ekran icazəsi, Snapdragon (çox ehtimal Snapdragon 200) prosessoru, 5 MP kamera ilə təchiz olunması yer alıb. Modelin görüntülərində, iki sim kartlı olması görsənir. Həm də, skype, danışıq zamanı olan menyu da görüntülənib.