03/06/2026
IT SkillSprint layihəsi çərçivəsində tələbələr üçün HR və karyera sessiyası baş tutdu.✅
Sessiya HR və karyera inkişafı sahəsində təcrübəli mütəxəssis Rufət Hacıyev tərəfindən keçirildi. Görüş zamanı tələbələrə əmək bazarına hazırlıq, düzgün karyera planlaması və müsahibə mərhələlərində uğurlu iştirak və işə qəbul prosesində diqqət edilməli əsas məqamlar haqqında praktiki məlumatlar təqdim olundu.
Sessiyanın əsas məqsədi tələbələrin yalnız texniki biliklərini deyil, həm də real iş mühitinə keçid üçün vacib olan karyera bacarıqlarını gücləndirmək idi.
IT SkillSprint proqramı çərçivəsində tələbələrin müasir texnologiyalar üzrə bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların peşəkar karyera yoluna daha hazırlıqlı şəkildə başlaması da əsas prioritetlərdəndir.
Rufət Hacıyevə dəyərli vaxtı, faydalı tövsiyələri və tələbələrlə bölüşdüyü praktiki təcrübəyə görə təşəkkür edirik.✨