Rigf.az

Rigf.az 2-ci “Regional İnternet İdarəçilik Forumu” (RİFAZ)

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan Ofisi (BMTİP) tərəfindən birgə təşkil olunan “İnternet İdarəçilik Forumu Katibliyinin Yaradılması” layihəsi çərçivəsində təşkil olunacaq 3-cü “Regional İnternet İdarəçilik Forumu” (RİFAZ) 2015-ci ilin 02-05 dekabr tarixlərində Azərbaycanın füsunkar şəhərlərindən

olan Bakı şəhərində keçiriləcəkdir. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi Milli İKT iştirakçılarının beynəlxalq mütəxəssislərlə bir arada təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirmək, eyni zamanda regionların Milli internet idarə çiliyinə cəlb edilməsini təmin etməkdir. Tədbirdə Azərbaycanın və müxtəlif ölkələrin hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin iştirakçıları İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşacaqlar. Nəticə etibarı ilə, RİFAZ 2015 beynəlxalq və yerli iştirakçılar arasında İKT sahəsində əməkdaşlığın dərinləşməsində öz töhfəsini verəcəkdir.

08/12/2017
Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işini başa çatdırdı.Ötən həftə “İKT İnnovasiyalarının Regional İnkişaf Müh...
07/12/2015

Üçüncü Regional İnternet İdarəçilik Forumu öz işini başa çatdırdı.

Ötən həftə “İKT İnnovasiyalarının Regional İnkişaf Mühitinin Yaradılması” mövzusunda Üçüncü Regional İnternet İdarəçilik Forumu (RİİF) öz işini başa çatdırmışdır. Forum BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti tərəfindən birgə təşkil edilmişdir. Regional İnternet İdarəçilik Forumu 2012-ci ildə Bakıda təşkil edilmiş 7-ci İnternet İdarəçilik Forumu ərəfəsində yaranmış və hər il qeyd edilməkdədir. Tədbir BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamentinin (UNDESA), BMT-nin İnternet İdarəçilik Forumu üzrə Cenevrə Katibliyinin dəstəyilə keçirilmişdir.
Forumun keçirilməsində əsas məqsəd daha səmərəli, effektli regional iqtisadi inkişafa və mədəni irəliləyişə nail olmaq üçün İnternetin tətbiqinin müxtəlif yollarını, Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi yerli iştirakçılarının beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsini və əməkdaşlığını həyata keçirməklə yanaşı bu sahədə olan problemlərin müzakirəsi, maraqlı inovativ layihələri nümayiş etdirmək idi.
Forumun açılış mərasimində xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Ramin Quluzadə, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMTİP- nin Rezident Nümayəndəsi Antonius Bruk iştirak etmişlər.
Qeyd etmək lazımdır ki, tədbir çərçivəsində “Təhsilin texnologiyalar vasitəsilə transformasiyası”, “Məxfilik və İnnovasiya üçün Kiber Təhlükəsizlik –– Regional Kiber Təhlükəsizlik Alyansları Təşəbbüsləri”, “İnformatika təhsili – 2019 ərəfəsində çağırışlar”, “Texnologiyanın Gələcəyi 2016-2020 –– Proqnozlar Nələrdən Xəbər Verir”, “Ağıllı Cəmiyyət Strategiyası –– Hökumətlər İKT-dən Yeni Cəmiyyətin yaradılmasında istifadə edirlər”, “Sosial Mediya və Paylaşma İqtisadiyyatı” və “İqtisadi diversifikasiyanın İKT innovasiyalar mühitinə təsiri” kimi maraqlı mövzular müzakirə olunmuşdur.
Ümumiyyətlə, iki gün davam edən tədbirdə 250-300 nəfər Azərbaycan və digər ölkələrin hökumət, biznes nümayəndələri, diplomatik nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin mütəxəssisləri İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşmışdılar.
Ötən illərdə olduğu kimi bu il də forumda BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Ümumdünya İnternet Korporasiyası (ICANN) və digər beynəlxalq qurumların nümayəndələri də iştirak etmişlər.
Tədbirə sponsorluğu “Nar” şirkəti edirdi. Tədbirlə bağlı daha ətraflı məlumat almaq üçün www.rigf.az saytına müraciət etmək olar.

10 noyabr 2015-ci il tarixində Braziliyanın Joao Pessoa şəhərində 10-cu İnternet İdarəçilik Forumu (İİF) öz işinə başlam...
11/11/2015

10 noyabr 2015-ci il tarixində Braziliyanın Joao Pessoa şəhərində 10-cu İnternet İdarəçilik Forumu (İİF) öz işinə başlamışdır

10-13 noyabr tarixlərində Braziliyanın Joao Pessoa şəhərində 10-cu "İnternet İdarəçilik Forumu" ("İİF") "İnternet İdarəçiliyinin Təkamülü: Davamlı İnkişafın dəstəklənməsi” (“Evolution of Internet Governance: Empowering Sustainable Development”) mövzusunda keçirilir.

Ənənəvi olaraq Forum BMT-nin 7 rəsmi dilində öz işinə başlamışdır. Forumda plan üzrə bir çox maraqlı sessiya və seminarlar təşkil ediləcəkdir. Ümumiyyətlə, tədbir təcrübə mübadiləsi və əməkdaşlıq baxımından çox zəngin proqrama malikdir.

Internet Governance Forum 2015 will be held in João Pessoa / Brazil on 10-13 November.Форум по Управлению Интернетом про...
06/11/2015

Internet Governance Forum 2015 will be held in João Pessoa / Brazil on 10-13 November.

Форум по Управлению Интернетом пройдет 10-13 ноября 2015-го года в городе Жоао Пессоа / Бразилия.

2015-ci ilin İnternet İdarəçilik Forumu 10-13 noyabr tarixlərində Braziliya Federativ Respublikasının João Pessoa şəhərində keçiriləcəkdir.


http://igf2015.br/

Evolution of Internet Governance: Empowering Sustainable Development

RIGFAZ 2014
26/01/2015

RIGFAZ 2014

RIGFAZ 2014 More Photos Coming Soon
09/01/2015

RIGFAZ 2014 More Photos Coming Soon

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Rigf.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share