Decode.az

Decode.az decode

Dostlar, SEO və SEM arasındakı fərqlərə getməzdən əvvəl, hər ikisinin əsas təsvirini edək.SEO-nun açılışı Search Engine ...
17/09/2018

Dostlar, SEO və SEM arasındakı fərqlərə getməzdən əvvəl, hər ikisinin əsas təsvirini edək.
SEO-nun açılışı Search Engine Optimization'dır (Axtarış Mühərriki Optimizasiyası). SEO, qısacası, Google kimi axtarış motorlarında edilən bütün işlərin, saytlar və ya səhifələr üçündür. SEM isə Search Engine Marketing'dir . Ən populyar SEM vasitəsi isə Google Adwords'dur. Qısacası SEM axtarış motorları vasitəsilə reklam çıxışlarına imkan yaradan vasitədir.
1. Saxlama: Axtarış nəticələrinizdə büdcəniz qədər göstərildiyiniz üçün sizin davamlılığınız büdcənizdən asılıdır. Rəqabət və reklamda xərclər tez-tez reklamlarınızın görünməyəcəyinə və ya alt xəttinə düşməsinə səbəb olur. Buna görə, səhifəniz axtarış nəticələrində daim görünməyəcək. Digər tərəfdən, SEO-da, isə əzmkarlığınız dəqiq və davamlı araşdırmalarla davam etdirilməlidir. Məsələn, yeni alqoritmdən heç bir dalğalanma olmadığı və ya yanlış bir iş görmədiyi müddətcə, üst sıralarda yer ala bilərsiniz

2. Sürət: SEM yəni (Adwords, Yandex Direct) SEO-a nisbətən daha sürətli işləyir. Reklamlarınızın faydasına 1 gün ərzində baxa bilər və sizə gətirən xeyir hissəsinin
hesabatına nəzər yetirə bilərsiniz. İstədiyiniz reklamları müdaxilə edə, dayandıra və yenidən reklam verə bilərsiniz. SEO-da, isə uzun müddətli səylər nəticəsində nəticələrin keyfiyyətinə ən tez 1-2 ay içində baxa bilərsiniz.

3. Maliyyət: SEO SEM-dən daha az maliyyə məbləğinə malikdir. SEM'de, bir sıra açar kəlimələrin klik başına maliyyəti digər reklamverenlerin təkliflərinə görə daima olaraq deyişir, bu sabit bir maliyyətlə deyil və daimi artışlar göstərəbilir. SEO-da, isə əvvəlcədən planlanmış maliyyət üzrə işlər görülür. SEO-nun maliyyəti AdWords'dən çox aşağıdır.

4. CTR(Klikləmə Faizi): Axtarış edən istifadəçilər çox vaxt reklmalara klikləmirlər. Bunun səbəbi isə çox sadədir, istifadəçilərin axtardığı kontentə uyğun reklamın olmamasıdır. İstifadəçilər, daha dəqiq və dəqiq məzmunun iştirak nəticələrdən çıxan səhifələrə klikləməyə məcbur olurlar. Araşdırmaların nəticələrinə görə, istifadəçilər axtarış nəticələrində 80% SEO, 20% SEM üstünlük təşkil edir. SEO nəticələrinə görə CTR dərəcələri daha yüksəkdir.

5. Məzmunun keyfiyyəti:SEM-də məzmun ticari məqsədlərə yönəldildiyi üçün istifadəçini çoxda razı salmaya bilər. SEO-nun əsas məqsədi istifadəçiyə yararlı məlumatlarl qarşısına çıxartmasıdır.

6. İlk Səhifə Zəmanəti: Google, reklam siyasətində ifadə etdiyi kimi, SEM-də heç bir zaman birinci dərəcə və ya səhifə zəmanəti olmur. Lakin, SEO zamanı işinizin doğru edilməsi strategiyaya təsir edir,bu zaman ilk səhifəyə keçə və yeriniz uzunmüddətli ola bilər.

Çoğumuzun ağlında  ilk əfsanəvi  mobil oyun  ilan oyununun qalmasına baxmayaraq, dünyanın ilk mobil oyunu, çoxumuzun bil...
13/08/2018

Çoğumuzun ağlında ilk əfsanəvi mobil oyun ilan oyununun qalmasına baxmayaraq, dünyanın ilk mobil oyunu, çoxumuzun bildiyi tetrisin prototipi imiş.Qəlbimizdə hələdə yerini qoruyan, hamımızın vaxtını alan, bağımlılıq yaradan ilan oyunu əfsanəvi Nokianın 3310 markalı telefonunda olduğu iddia olunsada, PhoneArena bildirir ki, dünyanın ilk mobil oyunu tetrisin prototipi olan ilk oyun Nokia 3310 markalı telefonda deyil, 1994-cü ildə bazara çıxan Hagenuk MT-2000 daxilində Scramble adını daşıyan oyun imiş.
Açıqcası bu məlumatların illər sonra ortaya çıxması sirr olmasa da və illərini bu oyuna vermiş şəxslər tərəfindən bilinsədə ümumi kütlə, hətta bir çox oyun qurucusu da Nokia-nın əfsanəvi ilan oyununu dünyada ilk mobil oyun kimi göstərirdi.
Tetrisə istinadən yaradılmış bu oyun təməl piksellərin birləşdirdiyi bir puzzle oyunu olaraq istifadəçilərin qarşısına çıxsada, Hagenuk MT-2000 telefonun elədə məşhur olamamasına görə oyun da çox rəğbət qazanmamışdı.

Son zamanlarda  internetdə bir çox saytların url (link) hissəsinə diqqət etdikdə https yazıldığını görəcəksiniz. SSL ser...
08/08/2018

Son zamanlarda internetdə bir çox saytların url (link) hissəsinə diqqət etdikdə https yazıldığını görəcəksiniz. SSL sertifikatı olmayan saytlar http, olan saytlar isə https başlığı ilə başlayır.

Http nədir?
Açılışı Hyper Text Transfer Protocol olan, hosting və domain arasında paylaşılan məlumatların hər hansı şifrələmə olmadan istifadəyə verilməsidir. Yani URL-in başında http:// varsa burda heç bir məlumat şifrələnmədən URL-ə göndərilir bu isə verilənlərin oğurlanması və dəyişdirlməsi kimi təhlükələri ortaya çıxarır.

Https nədir?
Açılışı Secure Hypertext Transfer Protocol olan https isə serverlə domain arasında hər bir məlumatı şifrələyərək göndərir. Bu da SSL Sertifikatından istifadə deməkdir.
Əsasən istifadəçi məlumatlarının təhlükəsizliyinin önəm daşıdığı saytlarda (banklar, online alış-veriş saytları) SSL sertifikatından istifadə edilir.

SSL-in üstünlükləri hansılardır?
SSL Security Sertifikatı, ödəmə sistmlərinin istifadə olunduğu e-ticarət saytlarında, kart məlumatlarının banka yönləndirilməsi zamani şifrələnməsini və bankdan gələn məlumatların da şifrəli olmasını təmin edir. Beləliklə istifadəçi məlumatlarının, 3-cü şəxslər təfəfindən ələ keçirilməsinin qarşısı alınır.

Mobil cihazların həyatımıza sürətlə daxil olması ilə, internetdən istifadə masaüstü kompüterlərə nisbətdə mobil  cihazla...
04/08/2018

Mobil cihazların həyatımıza sürətlə daxil olması ilə, internetdən istifadə masaüstü kompüterlərə nisbətdə mobil cihazlarda daha cox üstünlük təşkil edir. Bu səbəbdən də , mobil cihazlarla veb saytımıza daxil olan istifadəçilər sürətli və asan şəkildə istədikləri informasiyanı əldə etməli, həmçinin təklif etdiyimiz xidmətdən rahatlıqla faydalanmalıdırlar.

Elə bu zaman saytın responsiv olması zərurəti yaranır.

Çoxda texniki detallara toxunmadan, bütün cihazlarda (telefon, tablet və masaüstü kompüterlərdə) düzgün (cihazın ölçülərinə uyğun) formada görünən saytlara responsiv saytlar demək olar.

Günümüzdə internetdə bir çox fərqli sahədə milyonlarla veb sayt mövcuddur. Bəs siz internetdə mövcud olan ilk veb saytı ...
01/08/2018

Günümüzdə internetdə bir çox fərqli sahədə milyonlarla veb sayt mövcuddur. Bəs siz internetdə mövcud olan ilk veb saytı görmüsünüz?

1990 cı ildə ilk veb sayt ingilis əsilli kompüter mühəndisi və World Wide Web in qurucusu Tim Berners-Lee tərəfindən qurulub. Saytda HTML haqqında məlumatlar və bir veb saytın necə qurulacaqından bəhs edilir

Sayta burdan nəzər yetirə bilərsiniz : http://info.cern.ch/hypertext/WWW/TheProject.html

İnşaat sektorunda dünyanın ən böyük asma tavan istehsalçı şirkətlərindən olan Aspen Yapı ve Zemin A.Ş., USG (ABŞ) və aku...
29/07/2018

İnşaat sektorunda dünyanın ən böyük asma tavan istehsalçı şirkətlərindən olan Aspen Yapı ve Zemin A.Ş., USG (ABŞ) və akustik materiallar üzrə lider olan Ecophon (İsveç) -in Azərbaycan nümayəndəliyi, həmçinin Qafqazın ciddi və tanınmış asma tavan şirkəti olan Aspen Group üçün hazırladığımız veb sayt.
O bizi seçdi və məmnundur. Siz kimi gözləyirsiniz?

Address

Baku

Telephone

+994552829892

Alerts

Be the first to know and let us send you an email when Decode.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Decode.az:

Share