28/07/2026
MilliNet TK toplantısı keçirilib.
Milli İnternet Mükafatı - MilliNet2026 müsabiqəsinə hazırlıqlara start verilib.
Təşkilat Komitəsində bununla bağlı ilkin müzakirələr aparılıb.
Cari ildə hansı Nominasiyaların vacib olması, MilliNet münsiflər heyətinin tərkibin rotasiyası, sponsorların cəlb edilməsi, Qaydaların təkmilləşdirilməi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb . Müraciət edən yeni sponsorların olduğu bildirilib. Sponsorluqla və dəstəklə bağlı müraciətlərə də açığıq.
Cari ildə bəzi Nominasiyaların birləşdirilməsi, münsiflərin tərkibinin yenilənməsi, ölkənin rəqəmsal sektorunun inkişafına və müasir tendensiyaların dəstəklənməsinə yönəlik addımların atılması nəzərdə tutulub.
MilliNet2026-nın ənənəvi olaraq Sentyabr ayında başlanması və Dekabr ayında yekunalşdırılması nəzərdə tutulub.
Rəqəmsal resurslarınızı MilliNet2026 üçün hazırlaya bilərsiniz !