20/04/2026
EdTECH Hackathon
AzMİU və Baku IT Academy Tədris və Təcrübə Mərkəzi tərəfindən təşkil olunan EdTECH Hackathon-un açılış mərasimi uğurla baş tutdu. Eyni zamanda Mexanika və İnformasiya Texnologiyaları fakültəsində keçirilən açılış tədbiri iştirakçılar üçün motivasiyaedici və ilhamverici bir başlanğıc oldu.
Açılış zamanı:
• Nuray Abdullazadə (AzMİU, Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi və Baku IT Academy-də İT menecer) hackathon haqqında ümumi məlumat verdi və proses barədə iştirakçıları məlumatlandırdı.
• Baku IT Academy-nin təsisçisi Fuad Cəlilov çıxış edərək öz dəyərli fikirlərini bölüşdü.
• İnnovativ Biznes İnkubatorunun rəhbəri Rasim Abdullayev innovasiya və imkanlar haqqında danışdı.
• Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov iştirakçılara uğurlar arzulayaraq motivasiyaedici çıxış etdi.
Çıxışlardan sonra hackathon rəsmi olaraq start götürdü və komandalar öz ideyaları üzərində işləməyə başladılar.
The opening ceremony of the EdTECH Hackathon, organized by AzMIU and the Baku IT Academy Training and Practice Center, was successfully held. Along with this, the opening event at the Faculty of Mechanical and Information Technologies provided an inspiring and motivating start for all participants.
During the opening:
• Nuray Abdullazade (a student of the Faculty of Mechanical and Information Technologies at AzMIU and an IT Manager at Baku IT Academy) gave an overview of the hackathon and informed participants about the process.
• Fuad Jalilov, founder of Baku IT Academy, shared his valuable insights.
• Rasim Abdullayev, head of the Innovative Business Incubator, spoke about innovation and opportunities.
• Sabir Mammadov, dean of the Faculty of Mechanical and Information Technologies, delivered an inspiring speech and wished participants success.
After the speeches, the hackathon officially started, and teams began working on their ideas.
Davamı növbəti paylaşımlarda...
More updates coming in the next posts...
Innovation Komandaİşi Teamwork AzMIU BakuITAcademy