AORTA Creative Agency

AORTA Creative Agency Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AORTA Creative Agency, Software Company, Abbasgulu Abbaszade 42, Baku.

Biz müştərilərlə iş üzrə və marka inkişafında ixtisaslaşaraq dünya miqyasında qüsursuz həllər təqdim etmək üçün rəqəmsal texnologiyalar ilə innovativ düşüncənin gücündən faydalanırıq.

12/05/2019

Günümüzdə mövcud brendlər arasında yaranmış rəqabət mühiti şirkətləri durmadan inkişaf etməyə məcbur edir. Rəqəmsal marketinqlə yeni tanış olan şirkətlərin isə ilk eşitdiyi terminlərdən biri də məhz SEO-dur. Bəs gəlin görək bu SEO nə olan şeydir?

İlk növbədə hərfi mənası Search Engine Optimization, yəni, Axtarış Sistemi Optimizasiyası kimi tərcümə edilir. Gəlin məsələyə biraz fərqli yöndən yanaşaq. Düşünün ki, bir mazağa açmısınız. Mağazanızın şəhərin ətraf hissələrindən birində olmasını istəyərdiniz, yoxsa mərkəzi bir küçədə? Təbii ki, mağazanızın mərkəzi bir küçədə yerləşməsi sizə daha çox satış həyata keçirmək və gəlir əldə etmək imkanı yaradacaqdır. Rəqəmsal dünyanın mərkəzi küçələri isə axtarış sistemlərinin, o cümlədən, Google-un müəyyən mövzu üzrə axtarış nəticələrinin göstərildiyi ilk səhifədir. Bazara istənilən məhsul və ya xidmətləri çıxaran şirkətlə rəqəmsal dünyada inkişaf etmək üçün bu pillələr uğrunda hər gün yarışırlar.

Çox gözəl. Anladıq. Bəs rəqəmsal dünyanın mərkəzi küçələrinə, yəni, Google-un verdiyi nəticələrdə ilk sıralara gəlmək üçün nə etmək lazımdır?

Bunun üçün ilk növbədə axtarış sistemlərinin necə işlədiyini bilməliyik. İlk növbədə siz saytınızda hər hansı bir məlumatı, məhsulu və ya xidməti dərc edirsiniz. Daha sonra Google botlarının sizin səhifənizə gəlməsi üçün 3 yolu var.

Backlink vasitəsi ilə. Yəni hər hansı bir saytda sizin səhifənin linki yerləşdirilibsə, bot linkləri yoxlayarkən sizin səhifəyə gəlir.
Sayt xəritəsi. Siz həmin məhsulun linkini saytınızın xəritəsinə yerləşdirmisiniz.
Saytın daxili link sturukturu vasitəsi ilə. Məsələn, index səhifəsinə yeni səhifənin linkini yerləşdirirsiniz və botlar həmin link vasitəsi ilə səhifəyə gəlir.
Google hər hansı bir şəkildə səhifənizə daxil olduqdan sonra isə məlumatlarınızın və saytınızın keyfiyyətini yoxlayır. Bu mərhələdə əsas məqsəd yerləşdirilən məlumatların oğurluq olmaması və saytınızın istifadəçilərə zərər verməməsini təmin etməkdir. Bu mərhələləri keçdikdən sonra isə Google sizin səhifənizi öz serverinə yükləyir. Yüklənmə prosesindən sonra sizin səhifənizi müəyyən alqoritmlər əsasında qiymətləndirilir. Buna Pagerank deyilir. Axtarış sistemlərində hansı səhifələrin ön sıralarda, hansıların isə sonlarda göstərilməsini bu qiymət müəyyən edir. Və siz Google-un pəncərəsinə hər hansı bir ifadəni yazdıqda Google öz serverinə yükləyib qiymətləndirdiyi milyonlarla səhifə içərisindən ən yüksək qiymət, yəni, pagerank almış səhifələri ən böyükdən ən kiçiyə doğru sıralayaraq sizə təqdim edir.

Deməli, SEO müxtəlif üsullardan istifadə etməklə səhifənin Pagerank-inin artırılması üçün görülməli olan işlərdir. Yaxşı, bəs bu dəyəri artırmaq üçün biz nə etməliyik? Bu məqsədlə aparılan işlər 3 qrupa ayırılır.

Axtarış botları üçün optimizasiyalar.
Sayt daxili optimizasiyarlar.
Saytdan kənar optimizasiyalar.
Axtarış botları üçün optimizasiyaların aparılmasında ilk addım saytınızda yazılan kodlar səliqəli olmasıdır. Səliqəsiz yazılmış kodlar botları çaşdıraraq dəfələrlə yenidən baxmasına səbəb ola bilər. Bir çox hallarda isə bot səhifəni yarımçıq tərk edir. Səhifəniz sürətli açılmalıdır. Proqramçılar bilir ki, səhifədə Javascript kodlarının alt hissədə yazılması belə sürətə necə təsir edir. Robots.txt-dən istifadə etməklə Google botuna bəzi istiqamətlər verilə və ya qadağalar qoyula bilər. Saytınızın xəritəsini düzəltməklə siz botun işini daha da asanlaşdıra bilərsiniz. Saytın mobil versiyasının olması isə daha bir üstünlükdür. Bilirsiniz ki, son zamanlarda saytların mobil versiyalarının istifadəsi daha da geniş yayılmışdır.

Sayt daxili optimizasiyalar üçün ən əsas məsələ keyfiyyətli bir məzmun yaratmaqdır. Dərc etdiyiniz məlumatlar digərlərindən fərqlənməli və istifadəçilər üçün yararlı olmalıdır. Digər bir məsələ isə səhifədəki məlumatın axtarılan olmasıdır. Yəni, az insanın axtardığı məlumatlardan ibarət olan səhifə digərlərinə nisbətən daha az qiymətləndirilir. Əgər keyfiyyətli və axtarılan məlumatlar dərc edirsinizsə artıq siz səhifənin meta teqlərini də optimizasiya etməlisiniz. Saytınızın daxili link sturukturunu optimizasiya etməklə, önəmli səhifələrinizə hər hansı bir formada Google-a göstərməlisiniz. HTML teqləri düzgün optimizasiya etməklə siz səhifənizin pagerank-ini biraz daha artıra bilərsiniz.

Sayt xarici optimizasiyalar zamanı isə ən önəmli məsələ backlink-lərdir. Yəni, Google yarandığı gündən səhifələri qiymətləndirərkən ən önəm verdiyi dəyər digər səhifələrdə sizin səhifənizin linkinin yerləşdirilməsidir. Burada ən əsas məsələ isə, zərərli saytlardan sizin səhifənizə yönləndirmələrin qarşısını hər hansı bir formada almaqla spam optimizasiya etmədiyinizi hər hansı bir formada Google-a izah etməlisiniz.

Bu mövzular barəsində saatlarla danışmaq mümkündür. Bu yayımın məqsədi sizlərə SEO-nun nə olduğunu izah etmək idi. İzləyən hər bir kəsə faydalı olmasını diləyirəm.

http://aorta.az/index.php/2019/05/12/seo-search-engine-optimization-nedir/
http://rzayev.ws/s%C9%99xsi-inkisaf/seo-search-engine-optimization-n%C9%99dir.html

19/02/2018

Hər bir ölkədə olduğu kimi Azərbaycan Respublikasında da təhsil cəmiyyəti formalaşdıran ən vacib amillərdən biridir.

19/02/2018

Azərbaycan internet məkanında tələbə kontingentini facebookda bir araya gətirdikdən sonra qərar verdik ki nəyə görə də tələbələrin ən böyük saytı olmasın?! Bəli,doğru anladınız.

19/02/2018

Ölkəmizə son zamanlar yönələn turist axını turizm sektorunda ciddi inkişafa yol açmışdır. Və bunun nəticəsi olaraq daha bir uğurlu, yerli startup öz fəaliyyətinə başlamışdır.

19/02/2018

Yeni texnologiyalara dayanan biznes layihəsi, istənilən əlçatmaz əraziləri internetlə təmin edə bilməkdədir.

Address

Abbasgulu Abbaszade 42
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994555059977

Alerts

Be the first to know and let us send you an email when AORTA Creative Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AORTA Creative Agency:

Share