17/02/2025
VPN nədir?
VPN (Virtual Private Network), internet üzərindən özünüzü təhlükəsiz və anonim şəkildə bağlamağa imkan verən bir xidmətir. VPN istifadə edərək, internetdəki fəaliyyətlərinizi şifrələyir və məlumatlarınızın qorunmasını təmin edirsiniz, həmçinin coğrafi məhdudiyyətləri keçərək istədiyiniz məzmunu əldə edə bilərsiniz.
✅ VPN-dən istifadə etməliyik, çünki:
🔹 İctimai Wi-Fi-dan istifadə edərkən məlumatların oğurlanmasın deyə.
🔹 Şəxsi məlumatlarını qorumaq və IP adresini gizlətmək üçün.
🔹 Bloklanmış saytlara və məhdudlaşdırılmış kontentə giriş üçün.
❌ VPN-dən istifadə etməməliyik, çünki:
🔹 Bəzi ucuz və etibarsız VPN-lər məlumatlarını sata bilər! (Ucuz mal alacaq qədər varlı deyilsənsə, yaxşı VPN seç!)
🔹 İnternet sürətini azalda bilər, çünki məlumatların uzaq serverlərdən keçib gəlir.
🔹 Bəzi saytlar VPN-ləri bloklayır, yəni giriş çətinləşə bilər.
Bypass Academy olaraq tövsiyyə edirik ki:
İşinizə uyğun olaraq vpn-dən istifadə edə bilərsiniz və istifadə edəcəyiniz vpn-in etibarlı olub-olmamasını araşdırın. Vpnlə qeyri-qanuni işlərdən çəkinin.