AzTelco Group

AzTelco Group Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AzTelco Group, Telecommunication Company, 6th floor, Park View Business Centre, 35 Füzuli Küçəsi, Bakı, Baku.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ofisimizdə balacalarımızla birlikdə sevinc dolu anlar yaşadıq....
03/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ofisimizdə balacalarımızla birlikdə sevinc dolu anlar yaşadıq. 💙

Oyunlar, face art, hədiyyələr və xoş xatirələrlə dolu bu günün ən gözəl hissəsi uşaqların təbəssümü idi.


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

To celebrate International Children’s Day, we welcomed our little guests to the office for a joyful day filled with games, face painting, gifts, and happy moments. 💙

The biggest highlight of the day was seeing their smiles.

01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə peşələrimizə uşaqların gözü ilə baxmaq fürsəti qazandıq.

Xüsusi bir təşəbbüs çərçivəsində əməkdaşlarımız öz peşələrini uşaqların anlaya biləcəyi qədər sadə şəkildə izah etdilər. Proqramçılardan tutmuş insan resursları mütəxəssislərinə qədər hər bir peşə uşaqlar üçün maraqlı və anlaşılan bir hekayəyə çevrildi.

Bu təcrübə bizə bir daha xatırlatdı ki, vəzifə adlarından və gündəlik işlərdən kənarda gördüyümüz işlərin mərkəzində insan, yaradıcılıq və dəyər yaratmaq dayanır.

Bütün uşaqların Uşaqların Beynəlxalq Müdafiəsi Gününü təbrik edirik. Arzu edirik ki, onlar həmişə öyrənməyə, kəşf etməyə və böyük xəyallar qurmağa davam etsinlər. 🌟



_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

1 June - Children's Day, we had the opportunity to see our professions through the eyes of children.

As part of a special initiative, our colleagues explained their jobs in the simplest way possible, just as they would to a child. From programmers creating games and applications to HR professionals helping people work better together, every role became a story that children could understand.

The experience reminded us that behind every title, department, and responsibility, our work is ultimately about people, creativity, and making a positive impact.

Happy International Children's Day to all children around the world. May you never stop asking questions, exploring, and dreaming big. 🌟

28 May - Müstəqillik Günü 🇦🇿Bu gün tariximizin ən qürurlu və şərəfli səhifələrindən biri olan Müstəqillik Günüdür. Bu əl...
28/05/2026

28 May - Müstəqillik Günü 🇦🇿

Bu gün tariximizin ən qürurlu və şərəfli səhifələrindən biri olan Müstəqillik Günüdür. Bu əlamətdar gün münasibətilə xalqımızı ürəkdən təbrik edir, Azərbaycan Cümhuriyyətinin varisi olan müasir dövlətimizin daim güclü, bütöv və müstəqil olmasını arzulayırıq.

27 May – Qurban Bayramı 🌙Birlik, paylaşmaq və yardımlaşma dəyərlərinin daha da gücləndiyi müqəddəs Qurban Bayramı münasi...
26/05/2026

27 May – Qurban Bayramı 🌙

Birlik, paylaşmaq və yardımlaşma dəyərlərinin daha da gücləndiyi müqəddəs Qurban Bayramı münasibətilə hər birinizi təbrik edirik!

Bayramınız mübarək! 🤍

Beynəlxalq İnsan Resursları Günü! 💙Bu gün – Beynəlxalq İnsan Resursları Günü – insanlara toxunan, təşkilatların inkişafı...
20/05/2026

Beynəlxalq İnsan Resursları Günü! 💙

Bu gün – Beynəlxalq İnsan Resursları Günü – insanlara toxunan, təşkilatların inkişafına dəyər qatan və hər gün böyük məsuliyyətlə görülən İnsan Resursları fəaliyyətini qeyd etmək üçün xüsusi bir gündür.

İnsan Resursları bəzən səssiz görünən, amma təşkilatın mədəniyyətinə, əməkdaş təcrübəsinə, rəhbər-əməkdaş münasibətlərinə və ümumi iş mühitinə birbaşa təsir edən çox önəmli bir sahədir.

AzTelco Group olaraq, əməkdaşlarımızın inkişafına, rifahına, düzgün yönləndirilməsinə və sağlam korporativ mühitin formalaşmasına töhfə verən bütün İnsan Resursları həmkarlarımızı ürəkdən təbrik edirik.

Gündəlik əməyiniz, səbriniz, peşəkarlığınız və insanlara göstərdiyiniz diqqət üçün təşəkkür edirik.

Beynəlxalq İnsan Resursları Gününüz mübarək olsun! ✨

🌟 AzTelco Group  olaraq beynəlxalq sertifikatlar əldə etmiş əməkdaşımızı təqdim etməkdən qürur duyuruq!Onu bu nailiyyəti...
18/05/2026

🌟 AzTelco Group olaraq beynəlxalq sertifikatlar əldə etmiş əməkdaşımızı təqdim etməkdən qürur duyuruq!

Onu bu nailiyyəti münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

-b

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🌟 At AzTelco Group, we are proud to present our colleague who have successfully obtained an international certification!

We congratulate him on this achievement and wish him success in their future endeavors.

-b

Dünən AzTelco Group   komandası olaraq Xəzər Universiteti / Khazar University -də keçirilən Karyera Sərgisində iştirak e...
15/05/2026

Dünən AzTelco Group komandası olaraq Xəzər Universiteti / Khazar University -də keçirilən Karyera Sərgisində iştirak etdik.

Tələbələr və gənc mütəxəssislərlə görüşmək, onların karyera hədəfləri, inkişaf perspektivləri və gələcək planları ilə yaxından tanış olmaq bizim üçün olduqca dəyərli idi. Belə platformalar gənclərlə şirkətlər arasında güclü əlaqələrin qurulmasına və yeni imkanların yaradılmasına mühüm töhfə verir.

Sərginin yüksək səviyyədə təşkilinə və əməkdaşlığa görə Zarifa Aliyeva və Khazar University komandasına təşəkkürümüzü bildiririk.

Gələcəyin peşəkarları ilə görüşməkdən məmnun olduq!



_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Yesterday, as AzTelco Group team we participated in the Career Fair organized at Khazar University.

It was a great opportunity to connect with students and young professionals, learn more about their career aspirations, and share insights about professional growth and future opportunities. Such events play an important role in building strong connections between companies and future talents.

We would like to express our sincere gratitude to Zarifa Aliyeva and the Khazar University team for the excellent organization and collaboration.

We were delighted to meet the professionals of tomorrow!

🌟 AzTelco Group olaraq beynəlxalq sertifikat əldə etmiş əməkdaşlarımızı təqdim etməkdən qürur duyuruq!Onları bu nailiyyə...
15/05/2026

🌟 AzTelco Group olaraq beynəlxalq sertifikat əldə etmiş əməkdaşlarımızı təqdim etməkdən qürur duyuruq!

Onları bu nailiyyətləri münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.



_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🌟 At AzTelco Group, we are proud to present our colleagues who have successfully obtained an international certification!

We congratulate them on this achievement and wish them success in their future endeavors.

Əməkdaşlarımızı Tanıyaq | Sevil Taghiyeva ✨ 9 may 2026-cı il tarixində Qarabağ Universitetində (Qarabağ Universiteti ) "...
13/05/2026

Əməkdaşlarımızı Tanıyaq | Sevil Taghiyeva ✨


9 may 2026-cı il tarixində Qarabağ Universitetində (Qarabağ Universiteti ) "Standart yanaşmanın uyğunsuzluğu: hüquqi boşluqların hüquq sistemlərinin formalaşmasına təsiri” mövzusunda təlim keçirilib. 🎓

Təlimçi qismində Böyük Britaniyanın Aberdin Universitetinin (University of Aberdeen ) məzunu və AzTelco Group -un hüquqşünası Sevil Taghiyeva çıxış edib. 👩‍⚖️


Təlim zamanı proqram təminatının hüquqi mahiyyəti, rəqəmsal platformalar vasitəsilə yaranan əmək münasibətlərinin tənzimlənməsi, söz azadlığı və məxfilik öhdəlikləri arasında balansın qorunması kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, real hüquqi kazuslar əsasında praktiki təhlillər həyata keçirilib. ⚖️💡

Sessiya iştirakçıların hüquqi düşüncə bacarıqlarının inkişafına, mürəkkəb hüquqi məsələlərə analitik və sistemli yanaşma qabiliyyətlərinin gücləndirilməsinə mühüm töhfə verib. Nəzəri biliklərin praktiki nümunələr üzərində tətbiqi iştirakçılara müasir hüquqi problemləri daha dərindən anlamaq və mövcud hüquqi boşluqları fərqli baxış bucağından qiymətləndirmək imkanı yaradıb. 📚

Sevil xanımı bu dəyərli təşəbbüsə görə təbrik edir, bilik və təcrübəsini paylaşmaq istiqamətində gələcək fəaliyyətində uğurlar arzulayırıq. 👏✨

AzTelco Group komandası olaraq 3 May tarixində “Küləyə qalib gəl” şüarı altında keçirilən   Baku Marathon  2026-da iştir...
12/05/2026

AzTelco Group komandası olaraq 3 May tarixində “Küləyə qalib gəl” şüarı altında keçirilən Baku Marathon 2026-da iştirak etməkdən məmnun olduq.

Bu gün bizim üçün sadəcə marafon deyil, həm də komanda ruhu, birlik, sağlam həyat tərzi və qarşılıqlı dəstəyin gözəl nümunəsi oldu.

Əməkdaşlarımız arasında 10 km və 42 km məsafəni qət edən həmkarlarımızın olması isə bizim üçün ayrıca qürurvericidir.

Komandamızın əzmi ilə seçilən üzvlərini göstərdikləri möhtəşəm performansa görə xüsusi təbrik edirik:



Rashad Asadullayev – 42 km

Valeh Zeynalli – 42 km

Real Alakbarov – 10 km

Bütün iştirakçılarımızı təbrik edir, bu enerjini və komanda ruhunu birlikdə davam etdirməyi arzulayırıq!

Address

6th Floor, Park View Business Centre, 35 Füzuli Küçəsi, Bakı
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00

Alerts

Be the first to know and let us send you an email when AzTelco Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share